Hicr Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Rəbbin onları (bir yerə) toplayacaq. Çünki O, Müdrikdir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Rəbbin (qiyamət günü haqq-hesab çəkmək üçün) onları bir yerə yığacaq. O, hikmət sahibidir, (hər şeyi) biləndir!
Elmir Quliyev :
Воистину, твой Господь соберет их всех, ведь Он Мудрый, Знающий.
Ələddin Sultanov:
Həqiqətən, sənin Rəbbin onları (axirətdə) bir yerə toplayacaqdır. Şübhəsiz ki, O, hikmət sahibidir, hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, sənin Rəbbin onları həşr edər (hüzurunda toplayar). Şübhəsiz ki, O, Hakimdir, Alimdir.
Ələsgər Musayev:
Həqiqətən, Rəbbin toplayacaq onları. Həqiqətən, O Həkimdir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, sənin Rəbbin (Qiyamət günü) onları (həyat vermək üçün onların bədən üzvlərini hesab üçün fərdləri) toplayacaqdır. Həqiqətən O, hikmət sahibi biləndir.
Kövsər Tağıyev:
Şübhəsiz, sənin Rəbbin onları dirildib bir yerə toplayacaq. Şübhəsiz, O, hökm hikmət sahibidir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən sənin Rəbbin onları bir yerə toplayacaq. Axı O, hikmət sahibidir, hər şeyi biləndir.
Sabirə Dünyamalıyeva:
Həqiqətən, sənin Rəbbin Özü onları yığacaq. Şübhəsiz ki, O, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir, ən yaxşı biləndir.