Əlixan Musayev:
Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları (yük) necə də pisdir.
Bünyadov-Məmmədəliyev:
Qiyamət günü öz günahlarına tamamilə, nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları (yük) necə də pisdir!
Elmir Quliyev
:
Пусть они понесут свою ношу целиком в Последний день, а также ношу тех невежд, которых они ввели в заблуждение. Как же отвратительна их ноша!
Ələddin Sultanov:
Onlar qiyamət günü həm öz (günah) yüklərinin hamısını, həm də cahillikləri üzündən azdırdıqları kimsələrin (günah) yüklərindən bir qismini daşımaları üçün (belə deyirlər). Bilin ki, daşıyacaqları (bu yük) necə də pisdir!
Kerbelayi Malik ağa:
Qiyamət günü yükləndiyi bütün günahlarından başqa, elmləri olmadan dəlalətdə qalmasına səbəb olduqları kimsələrin günahlarını da yüklənmələri üçün. Yükləndikləri şey nə qədər pisdir, elə deyilmi?
Ələsgər Musayev:
Yüklənmələri üçün vəzirliklə onlar kamil, günü qiyamətin və
vəzirlikdən o kəsləri ki, zəlalətə saldılar onları qeyri elmlə. Ə,
məgər yoxmu? Pisdir nə ki, vəzirdirlər!
A.Mehdiyev və D.Cəfərli:
Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!
Kövsər Tağıyev:
Beləliklə, qiyamət günündə öz günahlarını tamamilə, elmsizliklə zəlalətə saldıqları kimsələrin günahlarının da bir qismini yüklənərlər. Diqqət edin, (görün) yükləndikləri yük necə də pisdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy onlar qiyamət günü bütün öz günahlarını və azdırdıqları xəbərsiz kəslərin günahlarının bir qismini daşısınlar. Daşıyacaqları yük necə də pisdir!
Sabirə Dünyamalıyeva:
qiyamət günü öz günahlarını tam olaraq daşımaq və nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarının bir qismini də daşımaq üçün: " Diqqət edin, daşıdıqları şey necə də pisdir!