İsra Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri Bağışlayandır.
Bünyadov-Məmmədəliyev:
Rəbbiniz ürəklərinizdə olanları (qəlblərinizin sirlərini) ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız (ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz bundan sonra onlarla yaxşı davransanız, bilin ki) Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır!
Elmir Quliyev :
Ваш Господь лучше всех знает то, что в ваших душах. И если вы будете праведниками, то ведь Он прощает тех, кто обращается к Нему с раскаянием.
Ələddin Sultanov:
Rəbbiniz sizin qəlblərinizdəkiləri çox yaxşı biləndir. Əgər siz yaxşı əməl sahibi olsanız, bilin ki, həqiqətən, Allah pis işlərdən üz çevirib tövbə edənləri bağışlayandır.
Kerbelayi Malik ağa:
Rəbbiniz nəfslərinizdə olanı (niyyətinizi) daha yaxşı bilir. Əgər salehlər olsanız, o təqdirdə şübhəsiz ki, O, tövbə edənləri məğfirət edər.
Ələsgər Musayev:
Rəbbiniz yaxşı bilir nəfsinizdə olanı. Əgər siz salehlərdən olasınız, həqiqətən, O üz tutanlara qarşı Ğəfurdur!
A.Mehdiyev və D.Cəfərli:
Rəbbiniz sizin ürəklərinizdə olanı (əgər qəlbinizdə ata-ananızdan bezarsınızsa ya onlara zülm etmisinizsə, bunları) daha yaxşı bilir. Əgər özünüzü islah etsəniz (və etdiyiniz səhvdən Allaha tərəf qayıtsanız) Allah qayıdanları mütləq bağışlayandır.
Kövsər Tağıyev:
Rəbbiniz qəlbinizdə olanı ən yaxşı biləndir. Əgər siz saleh kəslər olsanız, bunu yaxşı bilin ki, Allah tövbəyə yönələnləri çox bağışlayandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizin Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh adam olsanız (bilin ki), həqiqətən O, tövbə edənləri bağışlayandır.
Sabirə Dünyamalıyeva:
Sizin Rəbbiniz sizin daxilinizdə olanları çox yaxşı bilir. Əgər saleh əməl işləyənlərdən olsanız, əlbəttə, O həqiqətən dönənləri bağışlayandır.