Furqan Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həmin gün göy buludla parçalanacaq mələklər (yerə) endiriləcəkdir.
Bünyadov-Məmmədəliyev:
Göyün (yeddi qat səmanın yuxarısından enən ağ) buludla parçalanacağı, mələklərin bölük-bölük (yerə) endiriləcəyi gün -
Elmir Quliyev :
В тот день небо разверзнется и покроется облаками, и будут низведены ангелы.
Ələddin Sultanov:
O gün göy buludlarla yarılacaq mələklər bölük-bölük endiriləcəkdir.
Kerbelayi Malik ağa:
Səmanın buludlarla yarıldığı gün mələklər sıra ilə endirildi.
Ələsgər Musayev:
O gün səma buludlarla şaqqalanar nazil olar mələklər–
A.Mehdiyev və D.Cəfərli:
(yada sal) o gün(ü) ki, göy onda olan buludla parçalanar (və ya dünyanın nadanlıq maddiyyat buludu kənara çəkilər uca aləmin həqiqətləri zahir olar) mələklər xüsusi nizamla yerə endirilərlər.
Kövsər Tağıyev:
O gün səma buludlarla yarılıb parçalanacaq mələklər bölük-bölük endiriləcək.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü göy buludlarla parça-parça olacaqdır mələklər (dəstə- dəstə) yerə endiriləcəklər.
Sabirə Dünyamalıyeva:
Ve o gün səma buludlarla parçalanacaq mələklər [şüa, radiasiya meteorlar] bir-birinin ardınca enəcək.