Əlixan Musayev:
(Şeytan ona görə belə etmişdir) ki, göylərdə və yerdə gizli olanı aşkara çıxardan, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da Bilən Allaha səcdə etməsinlər.
Bünyadov-Məmmədəliyev:
Göylərdə və yerdə pünhan olanı (yağışı, bitkiləri) aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir).
Elmir Quliyev
:
Это было сделано для того, чтобы они не поклонялись Аллаху, Который выявляет все сокрытое на небесах и на земле и знает то, что вы скрываете, и то, что вы обнаруживаете.
Ələddin Sultanov:
Göylərdə və yerdə gizli olanı aşkar edən və həm gizlində, həm də aşkarda etdiklərini bilən Allaha səcdə etməmələri üçün (şeytan belə etmişdir).
Kerbelayi Malik ağa:
Göylərdə və yerdə gizli olanı aşkara çıxaran və sizin gizlədiyinizi də, açıqladığınızı da bilən Allaha necə səcdə etməzlər?
Ələsgər Musayev:
Ondan ötrü ki, səcdə etməyələr Allah üçün – Odur ki, xaric edər səmalarda və ərzdə gizli olanı və bilər nə ki, məxfi edirsiniz və nə ki, elan edirsiniz.
A.Mehdiyev və D.Cəfərli:
«Göylərdə və yerdə pünhan olanları aşkara çıxaran (otları torpaqdan, dənləri bitkidən, meyvələri ağacdan, sürünənləri yerdən, heyvanları nütfədən, suları buluddan, elmləri beyindən, mələkləri nurdan, şeytanları oddan və ümumiyyətlə bütün mövcudları «yoxluq» adlı gizli bir «evdən» çıxaran) və gizlətdiyiniz şeyləri (qəlbdən keçənlərin) və aşkar etdiklərinizi (xəlvətdə və aşkarda etdiyiniz əməlləri) bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir)».
Kövsər Tağıyev:
“Göylərdə və yerdə gizli olanı aşkara çıxaran, gizlədiklərinizi və aşkara vurduqlarınızı bilən Allaha səcdə etməsinlər deyə (şeytan onları yoldan çıxarmışdır.)”
M.Qənioğlu və T.Bilaloğlu:
(şeytan belə etdi) ki, göylərdə və yerdə gizli olanları aşkar edən, sizin nəyi gizlətdiyinizi və nəyi açıq etdiyinizi bilən Allaha səcdə etməsinlər.
Sabirə Dünyamalıyeva:
Şeytan da, göylərdə və yerdə gizli olanı aşkara çıxaran, gizli saxladıqlarınızı da, aşkar etdiklərinizi də bilən Allaha boyun əyib təslim olmasınlar/bəndəlik etməsinlər deyə, öz əməllərini onlara bəzəkli göstərmiş və onları doğru yoldan uzaqlaşdırmışdı.