Qəsəs Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Bir qədər sonra) qızlardan biri utana-utana onun yanına gəlib dedi: “Atam bizim yerimizə (qoyunları) sulamağının haqqını ödəməkdən ötrü səni çağırır”. (Musa) onun yanına gəlib (başına gələn) əhvalatı ona danışdıqda o dedi: “Qorxma! Sən zalım adamların əlindən xilas olmusan!”
Bünyadov-Məmmədəliyev:
Sonra (o iki qadından, qızdan) biri utana-utana (Musanın) yanına gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!” (Musa gördüyü işin müqabilində heç bir muzd, mükafat almamaq üçün ürəyində and içdi). (Musa qocanın) yanına gəldikdə başına gələnləri (Fironla olan əhvalatı) ona söylədi. O kişi (Şüeyb peyğəmbər) dedi: “Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!”
Elmir Quliyev :
Одна из двух женщин подошла к нему застенчиво и сказала: "Мой отец зовет тебя, чтобы вознаградить тебя за то, что ты напоил для нас скотину". Когда он пришел к отцу и поведал ему рассказ, он сказал: "Не бойся. Ты спасся от несправедливых людей".
Ələddin Sultanov:
O iki qızdan biri utana-utana onun yanına gəlib dedi: “Atam heyvanlarımızı suladığına görə haqqını vermək üçün səni çağırır”. Musa onun (Şüeyb peyğəmbərin) yanına gəldiyi zaman başına gələnləri ona danışdı. O da: “Qorxma! Sən zalım qövmdən xilas olmusan”, - dedi.
Kerbelayi Malik ağa:
İkisindən biri həya edərək (utanaraq) ona gəldi: ‘Atam bizim sürümüzü suladığına görə səni mükafatlandırmaq üçün dəvət edir.’ dedi. (Musa ə.s) onun yanına gəldiyi zaman hekayəsini anlatdı. (Qoca adam): ‘Qorxma! (Artıq) sən zalımlar qövmündən xilas oldun.’ dedi.
Ələsgər Musayev:
Onlardan biri ciddi t?rzd? g?ldi onun yan?na v? dedi: «Atam s?ni cag?r?r ?cr verm?k ucun, ona gor? ki, bizim ucun suvard?n». Amma el? ki, g?ldi onun yan?na v? hekay?ti ona hekay?t etdi. Dedi: «Xoflanma, s?n nicat tapm?san zalim qoumdan!»
A.Mehdiyev və D.Cəfərli:
O iki qadından biri yüksək həya ilə utana-utana onun yanına gəlib dedi: «Atam bizim üçün (heyvanlarımıza) su verməyinin muzdunu ödəməkdən ötrü səni çağırır». (Musa) onun yanına gəldikdə öz əhvalatını qocaya söylədi. (Qoca) dedi: «Qorxma, (artıq) zalımlar tayfasından nicat tapmısan (bura Fironun hökümətinin hüdudlarından kənardır)».
Kövsər Tağıyev:
Nəhayət, qızlardan biri utana-utana yeriyərək onun yanına gəlib: “Bizim üçün qoyunlarımızı suvarmağının haqqını ödəmək üçün atam səni çağırır”, dedi. Musa onun (Şüeybin) yanına gəlib başına gələnləri ona danışdıqda (Şüeyb): “Qorxma, o zalım qövmdən qurtuldun”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Qadınlardan biri utancaq addımlarla onun yanına gələrək dedi: "Atam sənə heyvanlarımızı suvarmağının haqqını vermək üçün dəvət edir." O, qocanın yanına gəlib, (başına gəlmiş) əhvalatı ona hekayət edəndə qoca dedi: "Qorxma, artıq sən haqsız adamların əlindən qurtarmısan."
Sabirə Dünyamalıyeva:
Bu zaman o iki qadından biri utana-utana Musanın yanına gəldi. Dedi ki: "Şübhəsiz ki, atam, bizim yerimizə sulamağının muzdunu vermək üçün səni çağırır." Musa, qızın atasının yanına gəldi hadisələri ona danışdı. Qızın atası; "Qorxma, o şirk qoşaraq səhv; öz zərərinə olan əməlləri işləyən tayfadan xilas oldun" dedi.