Ənkəbut Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(İbrahim) dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər tapa bilməyəcəksiniz”.
Bünyadov-Məmmədəliyev:
(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəbbətə) görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə (Allahın əzabından qurtarmağa) kömək edən kimsələr tapılmayacaqdır!”
Elmir Quliyev :
Он сказал: "Вы стали поклоняться идолам вместо Аллаха только из-за любви (или ради любви) друг к другу в мирской жизни. Но потом, в День воскресения, одни из вас станут отвергать и проклинать других. Вашим пристанищем будет Огонь, и не будет у вас защитников".
Ələddin Sultanov:
İbrahim dedi: “Siz yalnız dünya həyatında aranızdakı sevgi (dostluq) uğruna Allahı qoyub bütləri ilah qəbul etdiniz. Sonra qiyamət günü bir-birinizi inkar edəcək bir-birinizə lənət oxuyacaqsınız. Sizin sığınacağınız yer cəhənnəmdir sizin heç bir yardımçınız olmayacaqdır”.
Kerbelayi Malik ağa:
(İbrahim ə.s): ‘Şübhəsiz ki, siz dünya həyatında Allahdan başqa aranızda sevgi yaranmış bütləri qəbul etdiniz. Sonra qiyamət günü bir qisminiz digər bir qisminizi inkar edəcək bir qisminiz digər bir qisminizi lənətləyəcək. Sizin dönüş yeriniz atəşdir. Sizin üçün bir yardımçı yoxdur.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Siz götürdünüz dünya həyatında Allahın əvəzinə bütləri öz aranızda sevərək. Sonra qiyamət günü kafir olacaq bəziniz bəzisi ilə lənət edəcək bəziniz bəzisinə. Sizin sığınacaq yeriniz oddur yoxdur sizin üçün yardımçılardan!»
A.Mehdiyev və D.Cəfərli:
(İbrahim) dedi: «Həqiqət budur ki, dünya həyatında aranızda dostluğa səbəb olsun deyə siz Allahı yox, bütləri qəbul etdiniz (hər hansı bir məzhəb adamlarının aralarındakı dostluq kimi). Sonra Qiyamət günü sizin bəziniz digərinizi inkar edəcək bəziniz digərinizə lənət oxuyacaqdır. Sizin qalacağınız yer oddur sizə heç bir kömək edən olmayacaqdır».
Kövsər Tağıyev:
İbrahim onlara dedi: “Sırf aranızda dünya həyatına məxsus bir sevgi (və mənfəət) olduğu üçün Allahı buraxıb bütləri tutdunuz. Sonra qiyamət günündə bir-birinizi inkar edib tanımayacaq, bir-birinizə lənət edəcəksiniz. Sığınacağınız cəhənnəm olacaq. Yardımçılarınız da olmayacaq”.
M.Qənioğlu və T.Bilaloğlu:
İbrahim dedi: "Bu dünya həyatında aranızdakı dostluğu saxlamaq xatirinə Allahı qoyub bütləri (tanrı) götürdünüz. Sonra qiyamət günü biriniz digərinizi rədd edəcək biriniz digərinizi lənətləyəcəkdir. Sizin sığınacaq yeriniz cəhənnəm odudur. Sizə bir yardım edən olmaz."
Sabirə Dünyamalıyeva:
İbrahim dedi ki: "Siz, sırf dünya həyatında öz aranızdakı məhəbbət üçün Allahın altındakılardan bəzi bütlər qəbul etdiniz. Sonra qiyamət günü bir-birinizi tanımayacaq, bir-birinizi inkar edərək özündən uzaqlaşdıracaqdır. Gedəcəyiniz yer cəhənnəmdir. sizin üçün köməkçi yoxdur."