Əlixan Musayev:
Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin onların (möminlərlə kafirlərin) arasında qiyamət günü ixtilafda olduqları (dini) məsələlər barədə hökm verəcəkdir!
Elmir Quliyev
:
В День воскресения твой Господь рассудит между ними в том, в чем они расходились во мнениях.
Ələddin Sultanov:
Şübhəsiz ki, Rəbbin qiyamət günü ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, sənin Rəbbin qiyamət günü ixtilaf etmiş olduqları şey barəsində onların arasını (haqlını haqsızdan) ayırar (hökm verər).
Ələsgər Musayev:
Həqiqətən, Rəbbin müfəssəl
edəcək qiyamət günü onların arasında nədə ki, onlar ixtilaf
edirlər!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, sənin Rəbbin Özü Qiyamət günü onların arasında ixtilafda olduqları şey barəsində hökm verəcəkdir.
Kövsər Tağıyev:
Şübhəsiz, Rəbbin qiyamət günü ixtilaf edib təfriqəyə düşdükləri şeylər barəsində onlar arasında hökm verəcəkdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, sənin Rəbbin onların ixtilafda olduqları məsələlər barədə qiyamət günü aralannda hökm verəcəkdir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, sənin Rəbbin; Allah, onların ixtilafa düşdükləri şeylər haqqında qiyamət günü onların arasında hökm verəcəkdir.