Əlixan Musayev:
Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir.
Bünyadov-Məmmədəliyev:
Allah kafirləri qəzəbli olduqları (məqsədlərinə çatmadıqları) halda geri oturtdu. Onlar heç bir xeyir (qənimət) əldə edə bilmədilər. Döyüşdə (zəfər çalmağa) Allah möminlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
Elmir Quliyev
:
Аллах вернул неверующих в ярости (или по причине их ярости), и они не обрели добра. Аллах избавил верующих от сражения. Аллах — Всесильный, Могущественный.
Ələddin Sultanov:
Allah kafirləri qəzəbli olduqları bir halda püskürtdü. Onlar heç bir xeyir əldə edə bilmədilər. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibidir, qüdrətlidir.
Kerbelayi Malik ağa:
Allah kafirləri qəzəbli olduqları halda geri çevirdi, bir xeyirə nail ola bilmədilər (qalib gələ bilmədilər). Allah döyüşdə möminlərə (onları qalib edərək) kifayət etdi. Allah Qəviyydir (qüvvətli), Əzizdir.
Ələsgər Musayev:
Rədd etdi Allah o kəsləri ki, kafirdirlər, öz
qeyzləri ilə xeyirə nail olmamış. Kafidir Allah inananlara
vuruşda. Allah Qəvidir, Əzizdir!
A.Mehdiyev və D.Cəfərli:
Və Allah kafir olan kəsləri onlar hirsli və qəzəbli olduqları, heç bir mala və qələbəyə nail olmadıqları halda geri oturtdu və möminlərin döyüş çətinliyini (aradan) qaldırdı. Allah daim güclüdür, qüdrətli qalibdir.
Kövsər Tağıyev:
Allah inkar edənləri heç bir xeyrə nail olmadan kin və qəzəbləri ilə geri çevirdi. Allah savaşda möminlərə kifayət etdi. Allah qüvvətlidir, mütləq güc sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah kafirləri heç bir xeyir əldə edə bilmədiklərindən hikkələnmiş vəziyyətdə geri oturtdu. Allah [Onun yardımı] möminlərə döyüşdə kifayət etdi. Allah qüvvətlidir, qüdrətlidir.
Sabirə Dünyamalıyeva:
Və Allah kafirləri [Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] hər hansı bir xeyir əldə edə bilmədikləri halda [və] kinləriylə [birlikdə] geri oturtdu. Və döyüşdə möminlərə Allah kifayət etdi. Və Allah çox güclüdür, mütləq qalibdir.