Əlixan Musayev:
Biz bunu ona bağışladıq. Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.
Bünyadov-Məmmədəliyev:
Biz bunu (o biri iddiaçını dinləməyərək onu zülmkar adlandırmasını və ya belə bir səhv zənnə düşməsini) ona bağışladıq. Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (yaxud onu dünyada çoxlu nemət, axirətdə isə gözəl sığınacaq – Cənnət gözləyir).
Elmir Quliyev
:
Мы простили ему это. Воистину, он приближен к Нам, и ему уготовано прекрасное место возвращения.
Ələddin Sultanov:
Biz də bunu ona bağışladıq. Həqiqətən, onun üçün dərgahımızda uca bir məqam və gözəl bir qayıdış yeri vardır.
Kerbelayi Malik ağa:
Beləcə bunu ona bağışladıq. Şübhəsiz ki, onun dərgahımızda mütləq yüksək bir məqamı və gözəl bir məabı (sığınacağı) vardır.
Ələsgər Musayev:
Biz bunu bağışladıq ona.
Həqiqətən, onun üçün yanımızda yaxınlıq və yaxşı mənzil var.
A.Mehdiyev və D.Cəfərli:
Biz bunu (Davudun ittiham olunan tərəfdən bir şey soruşmadan iddia irəli sürülən kimi hökm çıxararaq daha düzgün üsulu tərk etməsini və ya mələklərin qurma mühakiməsində hökm çıxararkən səhvə düçar olmasını) ona bağışladıq. Əlbəttə, Bizim yanımızda onun üçün (dünyada olduğu müddətdə) yaxınlıq məqamı və (axirətdə) qayıdışın gözəlliyi və gözəl qayıdış yeri vardır.
Kövsər Tağıyev:
Aralarından biri belə dedi: “Bu, mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu var. Mənim isə bir qoyunum var. Bu halda: “Onu da mənə ver”, – dedi və mübahisədə mənə üstün gəldi”.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz də buna görə onu bağışladıq. Bizdə onun üçün xeyir-bərəkət və (axirətdə) gözəl sığınacaq vardır!
Sabirə Dünyamalıyeva:
Biz də onun üçün bunu bağışladıq/Biz də onu bağışladıq. Bax belə! Şübhəsiz ki, Bizim yanımızda onun üçün bir yaxınlıq və gözəl qayıdış yeri var.