Əlixan Musayev:
Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur.
Bünyadov-Məmmədəliyev:
Bəndələrinin tövbəsini O qəbul edir, günahları O bağışlayır və sizin nə etdiyinizi də O bilir.
Elmir Quliyev
:
Он — Тот, Кто принимает покаяния Своих рабов, прощает злодеяния и знает то, что вы совершаете.
Ələddin Sultanov:
O, qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və etdiklərinizi biləndir.
Kerbelayi Malik ağa:
O, qullarının tövbələrini qəbul edən və günahlarını bağışlayandır. O, etdiklərinizi bilir.
Ələsgər Musayev:
O – Odur ki,
qəbul edir qayıtmaları Öz bəndələrindən və bağışlayır pislikləri
və bilir nə ki, fəaliyyət etdiyinizi.
A.Mehdiyev və D.Cəfərli:
Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur.
Kövsər Tağıyev:
O, qullarından tövbəni qəbul edən, pislikləri bağışlayan və etdiklərinizi biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz bəndələrindən tövbələri qəbul edib pis əməlləri bağışlayan və tutduqlarınız işlərdən xəbərdar olan Odur.
Sabirə Dünyamalıyeva:
Və O, qullarının tövbəsini qəbul edər, pisliklərdən əfv edər və sizin etməkdə olduğunuz şeyləri bilir.