Əlixan Musayev:
Biz də onlardan intiqam aldıq. Bir gör (haqqı) yalan sayanların aqibəti necə oldu.
Bünyadov-Məmmədəliyev:
Buna görə də Biz onlardan intiqam aldıq. (Ya Rəsulum!) Bir gör (peyğəmbərləri) yalançı sayanların axırı necə oldu!
Elmir Quliyev
:
Мы отомстили им. Посмотри же, каким был конец тех, кто считает истину ложью.
Ələddin Sultanov:
Buna görə də Biz onlardan intiqam aldıq. (Peyğəmbərləri) yalanlayanların aqibətinin necə olduğuna bir bax!
Kerbelayi Malik ağa:
Beləliklə, onlardan intiqam aldıq. Bax gör, yalanlayanların aqibəti necə oldu!
Ələsgər Musayev:
Biz intiqam aldıq onlardan və nəzər sal
necə oldu aqibəti yalançıların!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə Biz onlardan (məhv etmək və köklərini kəsməklə) intiqam aldıq. Bax gör təkzib edənlərin aqibəti necə oldu!
Kövsər Tağıyev:
Biz də onlardan intiqam aldıq. İnkar edənlərin aqibəti gör necə oldu!
M.Qənioğlu və T.Bilaloğlu:
Buna görə də Biz onlardan [kafirlərdən] intiqam aldıq. Gör (peyğəmbərləri) yalançı hesab edənlərin aqibəti necə oldu!
Sabirə Dünyamalıyeva:
Belə olduqda, Biz də onları yaxaladıq, cəzalandırmaq surətiylə ədaləti bərqərar etdik. Haydı, inkar edənlərin aqibəti necə oldu bir bax!