Maidə Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O dedi: “Ey Rəbbim! Mən yalnız özümə qardaşıma hökm edə bilərəm. Odur ki, Sən bizi bu günahkar tayfadan ayır!”
Bünyadov-Məmmədəliyev:
(Musa) dedi: “Ey Rəbbim! Mənim yalnız özümə qardaşıma (Haruna) gücüm çatar (sözüm keçər). Sən bizi bu günahkar azğın camaatdan ayır!”
Elmir Quliyev :
Он сказал: "Господи! Я властен только над самим собой и моим братом. Разлучи же нас с (или рассуди между нами и) нечестивыми людьми".
Ələddin Sultanov:
(Musa) dedi: “Ey Rəbbim! Mən özümdən qardaşımdan başqasına hakim ola (söz keçirə) bilmirəm. Bizimlə günahkar qövmün arasını ayır!”
Kerbelayi Malik ağa:
(Hz. Musa) Dedi ki; ‘Ey Rəbbim! Şübhəsiz ki, mən özümdən qardaşımdan başqasına sahib deyiləm. Artıq fasiq qövmlə bizim aramızı ayır.’
Ələsgər Musayev:
Dedi: «Rəbbim! Həqiqətən, mənim yoxdur malikliyim, ancaq nəfsimə qardaşıma. Fərq qoy aramızda bizim arasında fasiq qoumun!»
A.Mehdiyev və D.Cəfərli:
(Musa) dedi: «Ey Rəbbim, (boynuma qoyduğun vəzifənin çatdırılması cihada dəvət etmək barəsində) mənim özümdən qardaşımdan başqa heç kəsə gücüm çatmır (və tayfadan yalnız az bir hissəsi mənim tabeçiliyimdədir). Odur ki, bizimlə bu itaətsiz dəstə arasında ayrılıq sal».
Kövsər Tağıyev:
Musa: “Ey Rəbbim! Mənim sözüm ancaq özümə qardaşıma keçər. Artıq bizimlə o yoldan çıxanların arasını ayır”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: "Rəbbim, mən ancaq özümə qardaşıma hökm edə bilərəm. Odur ki, bizi bu yolu azmış camaatdan ayır!"
Sabirə Dünyamalıyeva:
Musa: "Ey Rəbbim! Mənim sözüm özümlə qardaşımdan başqasına keçmir. Artıq bizimlə bu haqq yoldan çıxmışlar camaatını ayır" dedi.