Zariyat Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar onun yanına daxil olub: “(Sənə) salam olsun!”– dedilər. (İbrahim:) “Sizə salam olsun! Siz yad adamlara oxşayırsınız!”– dedi.
Bünyadov-Məmmədəliyev:
Onlar (İbrahimin) yanına gəlib salam verdikdə (İbrahim) salamı alıb (öz-özünə): “Bunlar tanımadığım kimsələrdir!” –dedi.
Elmir Quliyev :
Вот они вошли к нему и сказали: "Мир тебе!" Он сказал: вам мир, люди незнакомые!"
Ələddin Sultanov:
Onlar İbrahimin hüzuruna daxil olub salam verdiklərində o da: “Salam! Siz yad adamlarsınız”, - dedi.
Kerbelayi Malik ağa:
Onun yanına gəldikləri zaman ‘salam’ dedilər. (Hz. İbrahim də): ‘Salam yad qövm.’ dedi.
Ələsgər Musayev:
Onda ki, daxil oldular onun yanına dedilər: «Salam!» Dedi: «Salam! Tanınmayan qoumsunuz!»
A.Mehdiyev və D.Cəfərli:
Onlar İbrahimin yanına gəlib salam verəndə o dedi: «Salam (olsun sizə).» (Lakin öz-özlüyündə) «(bunlar) yad bir dəstədirlər» (dedi).
Kövsər Tağıyev:
Bir vaxt onlar İbrahimin yanına gəlmiş və: “Salam olsun sənə!” demişdilər. O da: “Sizə salam olsun!” demiş, “Bunlar yad kimsələrdir” (deyə düşünmüşdü).
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman onlar onun yanına daxil olaraq: "Salam!” demişdilər. İbrahim də: "Salam!" - demişdi. Öz-özünə isə: “Bunlar naməlum adamlardır", - demişdi.
Sabirə Dünyamalıyeva:
O vaxt onlar İbrahimin yanına gəlikdə "Salam!" demişdilər. İbrahim: "Salam, qeyri-adi, şəxsiyyəti müəyyən olmayan kəslər!" dedi.