Qələm Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar bu məqsədlə (kasıbları bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər.
Bünyadov-Məmmədəliyev:
Onlar (yoxsulları) bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər. [Və ya: Onlar gücləri yetdiyi halda (yoxsulları) yardımdan məhrum etməkdən ötrü sübh tezdən yola düzəldilər]
Elmir Quliyev :
Они шли с твердым намерением и полагали, что у них достаточно сил.
Ələddin Sultanov:
Onlar (yoxsullara) mane ola biləcəklərini düşünərək erkən getdilər.
Kerbelayi Malik ağa:
(Yoxsullara) mane olmağa gücləri çatacaq (deyə) səhər tezdən getdilər.
Ələsgər Musayev:
Sabahısı onları ora buraxmayacaqlarına qadir olduqlarını hesab edərək getdilər.
A.Mehdiyev və D.Cəfərli:
Onlar səhər erkən (fəqirləri) məhrum etmək məqsədi ilə getdilər.
Kövsər Tağıyev:
(Yoxsullara yardım etməyə) gücləri çatdığı halda (belə deyərək) erkən yola çıxdılar.
M.Qənioğlu və T.Bilaloğlu:
onlar (buna) qadir olduqlarını güman edərək səhər yola çıxdılar.
Sabirə Dünyamalıyeva:
Mane olmağa/zorakılığa gücləri çatacaqmış kimi tezdən getdilər.