Cin Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Mən sizə vəd olunmuş (əzabın) yaxın olduğunu yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm.
Bünyadov-Məmmədəliyev:
De: “Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin edəcəyini bilmirəm!
Elmir Quliyev :
Скажи: не знаю, скоро ли настанет обещанное вам, или же мой Господь отсрочил его".
Ələddin Sultanov:
De: “Mən bilmirəm ki, sizə vəd olunan (əzab) yaxındır, yoxsa Rəbbim onun üçün uzun bir müddət qoymuşdur.
Kerbelayi Malik ağa:
De ki: ‘Əgər bilsəydim (sizə bildirərdim) vəd olunduğunuz şey yaxınmı, yoxsa Rəbbim ona uzun bir müddətmi vermiş?’
Ələsgər Musayev:
De: «Mən bilmirəm, yaxındırmı sizə vəd olunan, yoxsa onun üçün Rəbbim vaxt təyin etmişdir
A.Mehdiyev və D.Cəfərli:
De: «Mən bilmirəm ki, sizə vəd olunan (dünya əzabı, yaxud Qiyamətin qopması) yaxındır, yoxsa Rəbbim onun üçün (uzun) bir müddət təyin etmişdir.»
Kövsər Tağıyev:
De ki: “Bilmirəm Sizə vəd olunan şey yaxındır, yoxsa Rəbbim ona uzun bir müddət qoyacaq”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Bilmirəm ki, sizə vəd olunmuş [əzab] yaxındadır, yoxsa Rəbbim onun üçün (uzaq) bir vaxt təyin edibdir?
Sabirə Dünyamalıyeva:
De ki: "O təhdid olunduğunuz şey tezliklə olacaqmı, yaxud Rəbbimin onun üçün uzun bir möhlət verəcəkmi, mən bilmirəm.