Ənfal Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Elə bir bəladan qorxun ki, o, sizlərdən təkcə zalım olanlara üz verməz (hamınızı bürüyər). Bilin ki, Allah şiddətli cəza verəndir.
Bünyadov-Məmmədəliyev:
Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəndir!
Elmir Quliyev :
Бойтесь искушения, которое поразит не только тех из вас, кто был несправедлив. И знайте, что Аллах суров в наказании.
Ələddin Sultanov:
İçinizdən sadəcə zülm edənlərə toxunmayan fitnədən qorxun! Bilin ki, Allahın əzabı şiddətlidir.
Kerbelayi Malik ağa:
Sizin aranızdan yalnız zalım kəslərin düçar olmadığı, onlara məxsus olmayan (digərlərinin düçar olacağı) fitnədən çəkinin (təqva sahibi olun). Allahın əzabının çox şiddətli olduğunu bilin.
Ələsgər Musayev:
Qorxun sınaqdan ki, əgər gəlsə sizdən təkcə o kəslərə ki, zalimdirlər, məxsus olmaz. Bilin ki, həqiqətən, Allah şiddətlidir iqaba!
A.Mehdiyev və D.Cəfərli:
(Bəlasına) sizin yalnız zalımlarınızın düçar olmayacağı (hamını bürüyəcəyi) fitnədən (fəsad günahların ziddiyyətlər, əmr be mərufun yerinə yetirilməməsi mühüm məqamların ləyaqətsiz insanların əlində olması kimi nəticələrindən) qorxun bilin ki, Allah ağır cəzalandırandır.
Kövsər Tağıyev:
Sizdən yalnız zülm edənlərə toxunmaqla kifayətlənməyəcək bir əzabdan çəkinin bilin ki, Allahın əzabı şiddətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Elə bir fitnədən çəkinin ki, o, yalnız sizlərdən zalım olanlara toxunmaqla qalmaz (hamınızı pərişan edər) bilin ki, Allah şiddətli cəza verəndir.
Sabirə Dünyamalıyeva:
sizin içinizdən ancaq özlərinə haqsızlıq edənlərə toxunmayan sosial yanğınlardan özünüzü qoruyun həqiqətən Allahın əzabının şiddətli olduğunu bilin.