İnşiqaq Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı əməllər edənlər istisna olmaqla! Onları (Cənnətdə) minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!
Elmir Quliyev :
кроме тех, которые уверовали и совершали праведные деяния. Им уготована награда неиссякаемая.
Ələddin Sultanov:
Ancaq iman gətirib yaxşı işlər görənlər bundan istisnadır. Onlar üçün bitməz-tükənməz mükafat vardır.
Kerbelayi Malik ağa:
Ancaq amənu olanlar (Allaha təslim olmağı istəyənlər) əməli salihat (nəfs islahedici əməl) işləyənlər üçün tükənməz mükafat vardır.
Ələsgər Musayev:
iman gətirdilər əməli salehdirlər, onlar üçün əcr var qeyri məmnun!
A.Mehdiyev və D.Cəfərli:
Yalnız iman gətib yaxşı görənlərdən başqa. Onlar üçün minnətsiz bitib tükənmək bilməyən bir mükafat vardır.
Kövsər Tağıyev:
Ancaq iman edib saleh əməllər işləyənlər istisnadır. Onlar üçün tükənməz bir mükafat var.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirib əməlisaleh olanlar istisna olmaqla; onlar üçün tükənməz mükafat vardır.
Sabirə Dünyamalıyeva:
Ancaq iman edən yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslər bunun xaricindədir, onlar üçün tükənməz bir muzd/mükafat vardır.