Əlixan Musayev:
Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə sizə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyin! Kafirlər isə zalımdırlar.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün (qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər (bunu inkar edənlər) isə (özlərinə) zülm edənlərdir!
Elmir Quliyev
:
О те, которые уверовали! Делайте пожертвования из того, чем Мы наделили вас, до наступления дня, когда не будет ни торговли, ни дружбы, ни заступничества. А неверующие являются беззаконниками.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməzdən əvvəl sizə verdiyimiz ruzidən infaq edin! İnkar edənlər əsil zalımlardır.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! İçində nə bir alış-verişin nə bir dostluğun və nə də bir şəfaətin olmadığı gün (qiyamət günü) gəlmədən əvvəl sizə verdiyimiz ruzilərdən infaq edin (Allah üçün verin). Kafirlər zalımlardır.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Infaq edin nədən ki, sizi
ruziləndirmişik, ondan qabaq ki, bir gün gələr ki, yoxdur onda
alver və yoxdur dostluq və yoxdur şəfaət. Və kafirlər –
onlardır zalimlər.
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, nə alış-verişin və nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən qabaq sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin. Kafirlərdir zalımlar!
Kövsər Tağıyev:
Ey iman edənlər! Heç bir alış-verişin, heç bir dostluğun və heç bir şəfaətin olmadığı qiyamət günü gəlmədən əvvəl, sizə ruzi olaraq verdiklərimizdən Allah yolunda xərcləyin. İnkar edənlər isə məhz zalımlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Alış-verişin, dostbazlığın və himayədarlığın olmayacağı gün gələnə qədər siz pay verdiklərimizdən xərcləyin. Kafirlər isə zalımlardır !
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Heç bir alış-verişin, heç bir dostluğun və heç bir yardımın, şəfaətin mümkün olmadığı bir gün gəlib çatmamışdan əvvəl sizə verdiyimiz ruzidən Allah yolunda xərcləyin/başda yaxınlarınız olmaqla başqalarının ehtiyaclarını təmin edin. Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] məhz özlərinə haqsızlıq edənlərdir.