Bəqərə Surəsi 257. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər orada əbədi qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər orada həmişəlik qalacaqlar!
Elmir Quliyev :
Аллах Покровитель тех, которые уверовали. Он выводит их из мраков к свету. А покровители и помощники неверующих тагуты; они выводят их из света к мракам. Они обитатели Огня и пребудут там вечно.
Ələddin Sultanov:
Allah iman gətirənlərin dostudur. Onları qaranlıqdan aydınlığa çıxarar. Kafirlərin dostu isə Tağutdur.Onları aydınlıqdan çıxarıb qaranlığa salarlar. Onlar cəhənnəm əhlidirlər, orada əbədi qalacaqlar.
Kerbelayi Malik ağa:
Allah amənu olanların (Allaha təslim olmağı diləyənlərin) dostudur, onları (onların nəfslərinin qəlblərini) zülmətdən nura çıxarar. Kafirlərin dostları tağutdur (onlar, şeytanı dost tutarlar, şeytan kimsəyə dost olmaz), onları (onların nəfslərinin qəlblərini) nurdan zülmətə çıxararlar. Onlar atəş əhlidir. Onlar orada əbədi qalacaq olanlardır.
Ələsgər Musayev:
Allah dostudur o kəslərin ki, inandılar. Xaric edər onları zülmətdən nura tərəf. o kəslər ki, kafirdirlər, onların övliyaları tağutlardır. Xaric edərlər onları nurdan zülmətə tərəf. Həmin onlar od əshabıdırlar ki, onlar orada həmişəlikdirlər!
A.Mehdiyev və D.Cəfərli:
Allah iman gətirənlərin dostu başçısıdır. Onları (nadanlıq, küfr itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar Cəhənnəm əhlidirlər orada əbədi qalacaqlar.
Kövsər Tağıyev:
Allah iman edənlərin dostudur. Onları qaranlıqdan aydınlığa çıxarar. Kafirlərin dostları isə tağutdur. (O da) onları aydınlıqdan qaranlığa (çəkib) salar. Onlar cəhənnəmliklərdir. Orada əbədi qalarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah iman gətirənlərin dostudur, onları zülmətlərdən işığa çıxarır. Kafirlərin dostu isə Tağutdur. Bu onları işıqdan çıxarıb zülmətlərə salır. Onlar cəhənnəmlikdirlər. orada əbədi qalasıdırlar.
Sabirə Dünyamalıyeva:
Allah, inananların köməkçi, yol göstərən, himayəçi yaxınıdır; onları zülmətdən nura çıxarır. Kafirlərə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] gəldikdə; onların köməkçi, yol göstərən, himayəçi yaxını tağutdur ki, onları nurdan zülmətə aparır. Onlar cəhənnəm əhlidir. Onlar orada əbədi qalacaqlar.