İbrahim Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Pis söz isə yerdən qoparılmış artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir.
Bünyadov-Məmmədəliyev:
Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir.
Elmir Quliyev :
А скверное слово подобно скверному дереву, которое можно вырвать с поверхности земли, ибо нет у него прочности.
Ələddin Sultanov:
Pis bir söz isə, yerdən çıxarılıb (kökü üstə) dura bilməyən pis bir ağaca bənzəyir.
Kerbelayi Malik ağa:
Xəbis (pis, çirkin) sözün misalı yerin üstündən kökü qopardılmış dayaqsız xəbis (pis) ağac kimidir.
Ələsgər Musayev:
Məsəli xəbis kəlmənin xəbis ağac kimidir. Rişəsi ərzdə qalıb onun üçün möhkəmlikdən qərargah yoxdur.
A.Mehdiyev və D.Cəfərli:
Pis (küfr şirk) kəlmə(si)nin məsəli isə yerdən qopardılmış əsla sabitlik qərarı olmayan pis ağac kimidir. (Küfr şirk əqidələri ya hər hansı bir batil onu daşıyan fərdlərin ölümü ilə puç olacaqdır həmçinin kafir cəmiyyət nəhayət bir gün məhv olacaqdır.)
Kövsər Tağıyev:
Pis bir söz isə yerdən qoparılmış, öz gövdəsi üzərində dayanmağa gücü olmayan pis bir ağac kimidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Pis sözün məsəli isə yerdə kökündən qoparılmış (torpağa) heç bir ilişəcəyi olmayan xəbis bir ağaca bənzər.
Sabirə Dünyamalıyeva:
Pis bir sözün misalı isə yerdən qoparılmış, sabit qalmaq imkanı olmayan pis bir ağaca bənzəyər.