Məryəm Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən ər-Rəhmana oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”».
Bünyadov-Məmmədəliyev:
(Xurmadan sudan) ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün aydın olsun. Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: “Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə bu gün heç kəslə danışmayacağam!”
Elmir Quliyev :
Ешь, пей и радуйся! Если же увидишь кого-либо из людей, то скажи: “Я дала Милостивому обет хранить молчание и не стану сегодня разговаривать с людьми”".
Ələddin Sultanov:
(Bunlardan) ye, iç! Gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de ki: “Mən Rəhman (olan Allah) üçün (susma) orucu tutmağı nəzir eləmişəm. Ona görə bu gün heç bir insanla danışmayacağam!”
Kerbelayi Malik ağa:
Artıq ye-iç, gözün aydın olsun! Bundan sonra əgər bəşərdən bir kimsəni görsən, o zaman ona belə söylə: ‘Şübhəsiz ki, mən Rəhmana (susmaq) orucu nəzir etdim. Bu səbəblə, bu gün bir insanla əsla danışmayacam.’
Ələsgər Musayev:
Ye - işıqlansın gözlərin! vaxt ki, gördün bəşərdən birini de: “Mən nəzir demişəm Rəhman üçün yiməs kəlmə kəsmərəm bu gün insan ilə!”»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə (həmin meyvədən) ye (həmin çeşmədən) (yeni doğulmuş uşağa görə) gözün aydın olsun. Camaatdan kimisə görsən (işarə ilə ona) «həqiqətən mən Rəhman olan Allah üçün (sükut) oruc (u) nəzir etmişəm, buna görə bu gün bir insanla danşmayacağam» de.
Kövsər Tağıyev:
Ye, iç, gözün aydın olsun. İnsanlardan kimisə görsən, de ki: “Şübhəsiz, mən Rəhmana susmağı nəzir etdim. Bu gün heç bir insanla danışmayacağam”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ye, iç, gözün aydın olsun! Əgər adamlardan kimisə görsən, de: "Mən mərhəmətli Allaha (sükut) orucu tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kəslə danışmayacağam".
Sabirə Dünyamalıyeva:
Sonra ye-iç, gözün aydın olsun. Sonra əgər bəşərdən birini görsən, 'Mən Rəhmana [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allaha] bir oruc nəzir eləmişəm, buna görə bu gün heç kimlə danışmayacağam' de."