Ənbiya Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Kafirlər): “Ər-Rəhman (Özünə )övlad götürdü!”– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, (o mələklər )möhtərəm qullardır.
Bünyadov-Məmmədəliyev:
(Kafirlər: ) “Rəhman (mələklərdən Özünə) övlad götürdü!” dedilər. O, pakdır, müqəddəsdir! (Belə şeylərdən tamamilə uzaqdır!) Xeyr, (mələklər Onun övladı deyil, xəlq etdiyi) möhtərəm qullardır.
Elmir Quliyev :
Они говорят: "Милостивый взял Себе сына". Пречист Он! Они же почитаемые рабы.
Ələddin Sultanov:
(Müşriklər:) “Rəhman (olan Allah mələkləri) özünə övlad götürdü!” - dedilər. O, (belə sifətlərdən) uzaqdır, pakdır! Əksinə, (mələklər) möhtərəm qullardır.
Kerbelayi Malik ağa:
‘Rəhman Özünə övlad götürdü.’ dedilər. O, Sübhandır. Xeyr, (onlar özlərinə) ikram edilmiş qullardır.
Ələsgər Musayev:
Dedilər: «Götürdü Rəhman Özünə övlad!» Sübhandır O! Bəli, bəndələrdir kəramətli.
A.Mehdiyev və D.Cəfərli:
(Bütpərəst müşriklər) «Rəhman olan Allah (mələklərdən) övlad götürmüşdür!» dedilər. Allah (ağılın, peyğəmbərlərin səma kitablarının hökmünə əsasən övlad götürməkdən) pak (və uzaq)dır! Əksinə, onlar (mələklər) möhtərəm bəndələrdir. (Onların həqiqətləri nur, yerləri uca məkan, işləri ibadət danışıqları zikrdir.)
Kövsər Tağıyev:
(Belə olduğu halda) “Rəhman övlad götürdü”, dedilər. O, belə şeylərdən uzaqdır, ucadır. Xeyr, (övlad deyə nəzərdə tutduqları) o mələklər kərəm edilmiş qullardır.2
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər "Axı mərhəmətli Allah (mələklərdən) Özünə bir övlad götürmüşdür". Ona təriflər olsun! Axı (bu mələklər) hörmətə layiq edilmiş qullardır.
Sabirə Dünyamalıyeva:
onlar: "Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah], Özünə övlad götürdü!" dedilər. Rəhman, bundan pakdır. Əksinə, onlar, özlərinə lütf göstərilmiş bəndələrdir.