Əlixan Musayev:
O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!”
Bünyadov-Məmmədəliyev:
(Nuh onların bu sözlərindən və iman gətirməyəcəklərindən məyus olub) belə dedi: “Ey Rəbbim! Onların məni yalançı hesab etməklərinə qarşı mənə kömək et!”
Elmir Quliyev
:
Он сказал: "Господи! Помоги мне, ведь они сочли меня лжецом".
Ələddin Sultanov:
Nuh dedi: “Ey Rəbbim, məni yalanlamalarına qarşı mənə yardım et!”
Kerbelayi Malik ağa:
(Nuh ə.s) dedi ki: ‘Rəbbim, məni yalanladıqları üçün mənə yardım et.’
Ələsgər Musayev:
Dedi: «Rəbbim, yardım
et mənə, nə ilə ki, məni yalançı saydılar!»
A.Mehdiyev və D.Cəfərli:
Nuh dedi: «Ey Rəbbim, onların təkzibinin müqabilində mənə kömək et!»
Kövsər Tağıyev:
Nuh: “Rəbbim! Onların məni təkzib etmələrinə qarşı mənə yardım et!” – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: “Rəbbim, onlar məni yalançı hesab etdiklərinə görə mənə kömək et!“.
Sabirə Dünyamalıyeva:
Nuh: "Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!" dedi.