Ənkəbut Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Lut ona iman gətirdi. (İbrahim) dedi: “Mən Rəbbimin yanına (əmr etdiyi Şam diyarına) hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir”.
Bünyadov-Məmmədəliyev:
Bunda sonra Lut (hamıdan əvvəl İbrahimə) iman gətirdi (onun peyğəmbərliyini təsdiq etdi). (İbrahim) dedi: “Mən (qövmümü tərk edib) Rəbbimin əmr etdiyi yerə (Kufənin Kusa kəndindən Hərrana, oradan da Fələstinə) hicrət edəcəyəm. Həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibi Odur!”
Elmir Quliyev :
В него уверовал Лут (Лот), и Ибрахим (Авраам) сказал: собираюсь совершить переселение ради своего Господа. Воистину, Он Могущественный, Мудрый".
Ələddin Sultanov:
Lut da ona iman gətirdi və: “Şübhəsiz, mən Rəbbimə (Onun əmr etdiyi yerə) hicrət edirəm. Həqiqətən, O, yenilməz qüvvət hikmət sahibidir!” dedi.
Kerbelayi Malik ağa:
Bundan sonra Lut (ə.s) Ona (İbrahimə (ə.s)) iman etdi (tabe oldu) dedi ki: ‘Şübhəsiz ki, mən Rəbbimə hicrət edəcək olanam. Şübhəsiz ki, O, Əzizdir, Hakimdir.’
Ələsgər Musayev:
Inandı ona Lut dedi: «Mən hicrət edirəm Rəbbimə tərəf. Həqiqətən, O Əzizdir, Həkimdir!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə (qardaşı oğlu) Lut ona iman gətirdi. (İbrahim) dedi: «Həqiqətən, mən (öz qövmümün arasından) Rəbbimə tərəf hicrət edirəm. Odur yenilməz qüdrət hikmət sahibi».
Kövsər Tağıyev:
Belə olduqda Lut ona (İbrahimə) iman etdi. İbrahim: “Mən Rəbbim(in getməyimi istədiyi yer)ə hicrət edəcəyəm. Şübhəsiz, O, mütləq güc sahibidir, hökm hikmət sahibidir”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Lut ona [İbrahimə] iman gətirdi. İbrahim dedi: “Mən öz Rəbbimin yanına hicrət edirəm. Şübhəsiz ki, O, qüdrət hikmət sahibidir."
Sabirə Dünyamalıyeva:
Belə olduqda Lut ona inandı. İbrahim dedi ki: "Mən Rəbbimə hicrət edəcəyəm. Şübhəsiz ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edən məhz Odur."