Əlixan Musayev:
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir.
Bünyadov-Məmmədəliyev:
Göylərdə və yerdə nə varsa, Allahındır. Allah (bəndələrinin, o cümlədən müşriklərin ibadətinə) möhtac deyildir və (özlüyündə hər cür) şükrə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)
Elmir Quliyev
:
Аллаху принадлежит то, что на небесах и на земле. Воистину, Аллах — Богатый, Достохвальный.
Ələddin Sultanov:
Göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Şübhəsiz ki, Allah heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir.
Kerbelayi Malik ağa:
Göylərdə və yerdə olanlar Allahındır. Şübhəsiz ki, O, Ğanidir, Həmiddir.
Ələsgər Musayev:
Allah üçündür
səmalarda və ərzdə olanlar. Həqiqətən, Allah - O Qənidir,
Həmiddir!
A.Mehdiyev və D.Cəfərli:
Göylərdə və yerdə olanların hamısı Allahın həqiqi mülküdür (çünki, yaratmaq, qorumaq, idarə etmək və axırda fani etmək – hamısı Onun istəyinə tabedir). Həqiqətən, Allah özü (heç nəyə) möhtac deyil və ehtiyacsızdır və (zatı, sifətləri və işləri) həmd olunmuşdur(həmd olunmağa layiqdir).
Kövsər Tağıyev:
Göylərdə və yerdə nə varsa, Allahındır. Həqiqətən, Allah hər baxımdan sonsuz zəngin olan, tərifə layiq olandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Həqiqətən, Allah heç nəyə ehtiyacı olmayandır, tərifəlayiqdir.
Sabirə Dünyamalıyeva:
Göylərdə və yerdə olan şeylər ancaq Allahındır. Şübhəsiz ki, Allah zəngindir/heç bir şeyə möhtac deyil, daim tərifə layiqdir.