Əlixan Musayev:
De: “Rəbbimiz hamımızı bir araya cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir, Biləndir”.
Bünyadov-Məmmədəliyev:
De: “Rəbbimiz (qiyamət günü) bizi (bir yerə) toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. (Haqq olanlar Cənnətə, nahaq olanlar isə Cəhənnəmə gedəcəklər). Ədalətlə hökm edən (müşkülləri açan), (nə hökm etdiyini) bilən ancaq Odur!”
Elmir Quliyev
:
Скажи: "Наш Господь соберет всех нас, а потом рассудит между нами по справедливости, ибо Он — Раскрывающий (или Справедливый Судья), Знающий".
Ələddin Sultanov:
De: “Rəbbimiz (axirət günü) bizi toplayacaq, sonra da bizim aramızda haqq ilə hökm verəcəkdir. O, ən ədalətli hökm verəndir, hər şeyi biləndir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Rəbbimiz bizi bir yerdə toplayacaq. Sonra haqq ilə bizim aramızı açacaq (hökm verəcək).’ O, Fəttahdır (haqq ilə hökm edən) və Alimdir.
Ələsgər Musayev:
De: «Rəbbimiz öz aramızda
bizi cəm edər. Sonra açar aramızda haqq ilə və O elimli
açandır!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Rəbbimiz (qiyamət günü) bizlə sizi (bir yerə) cəm edəcəkdir, sonra bizim aramızda haqq üzrə, qəti surətdə hökm verəcəkdir. Odur qəti surətdə hökm edən və bilən».
Kövsər Tağıyev:
De ki: “Rəbbimiz hamımızı qiyamət günü bir yerə toplayacaq, sonra da aramızda haqq ilə hökm verəcək. O, haqqı açıq-aşkar ortaya qoyan, haqqı ilə biləndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Bizi Rəbbimiz toplayacaq, sonra isə aramızda ədalətlə hökm verəcəkdir. Axı O, hökm verəndir, biləndir."
Sabirə Dünyamalıyeva:
De ki: "Ey Rəbbimiz aramızı birləşdirəcək, sonra da haqq [olan] hökmü ilə aramızı ayıracaqdır. Və O, xeyir qapılarını açan, hökm verəndir, çox yaxşı biləndir."