Əlixan Musayev:
Sonra Mən (haqqı) inkar edənləri yaxaladım. (Görəydin) Mənim inkar etməyim necə oldu!
Bünyadov-Məmmədəliyev:
Sonra Mən o küfr edənləri (əzabla) yaxaladım. (Ya Peyğəmbər! Bir görəydin) Mənim onları inkar etməyim (nemətimi nifrətə çevirərək cəzalandırmağım) necə oldu!
Elmir Quliyev
:
Затем Я схватил тех, которые не уверовали. Каким же было Мое обличение!
Ələddin Sultanov:
Sonra kafir olanları yaxaladım. Bəs Mənim inkar (məhv) etməyim necə oldu?!
Kerbelayi Malik ağa:
Sonra inkar edənləri yaxaladım. Bundan sonra inkar edilməyim necə oldu?
Ələsgər Musayev:
Sonra tutdum Mən o kəsləri ki, kafir idilər. Necə oldu Mənim
inkar etməyim!
A.Mehdiyev və D.Cəfərli:
Sonra isə kafir olanları cəza olaraq yaxaladım, belə isə (bax gör ki,) Mənim onlara qarşı rəftarım necə oldu?
Kövsər Tağıyev:
Sonra Mən inkar edənləri yaxaladım. Məni inkar etməyin axırı (gör) necə oldu!
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra Mən (haqqı) inkar edənləri yaxaladım. (Bir gör) Mənim (onları) inkar etməm necə oldu!
Sabirə Dünyamalıyeva:
Sonra Mən, kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] tutub yaxaladım. İndi gör, Məni tanımamaq/tanıtdırmamağa çalışmaq necə olur?