Yasin Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Şəhərin sakinləri bu kişini öldürdükdən sonra) ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş xalqım biləydi ki,
Bünyadov-Məmmədəliyev:
(Antakiyalılar bu sözü eşidən kimi Həbib Həccarı daşqalaq edib öldürdülər). Ona (şəhid olduğu üçün Allah dərgahından): “Cənnətə daxil ol! deyildi. (Həbib Həccar Cənnətə daxil olub oradakı nemətləri, hörmət-izzəti gördükdən sonra) dedi: “Kaş qövmüm biləydi ki,
Elmir Quliyev :
Ему было сказано: "Войди в Рай!" Он сказал: "О, если бы мой народ знал,
Ələddin Sultanov:
“Cənnətə daxil ol!” deyildi. O da belə dedi: “Kaş qövmüm biləydi ki,
Kerbelayi Malik ağa:
(Ona): ‘Cənnətə gir!’ deyildi. ‘Kaş ki qövmüm bilsəydi.’ dedi.
Ələsgər Musayev:
Deyildi: «Daxil ol cənnətə!» Dedi: «Ay kaş, qoumum bilsəydi,
A.Mehdiyev və D.Cəfərli:
(Axırda onu öldürdülər ona) deyildi: «Cənnətə (Cənnət Bərzəxinə) daxil ol!» O dedi: «Kaş qövmüm biləydi ki,
Kövsər Tağıyev:
“Həqiqətən, mən sizin Rəbbinizə inandım. Gəlin məni eşidin!”
M.Qənioğlu və T.Bilaloğlu:
Ona deyildi: "Cənnətə daxil ol!" O dedi: "Kaş camaatım biləydi ki,
Sabirə Dünyamalıyeva:
Deyildi ki: "Haydı, gir cənnətə!" O da dedi ki: