Əlixan Musayev:
Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları Hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.
Bünyadov-Məmmədəliyev:
Ya Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!
Elmir Quliyev
:
О Давуд (Давид)! Воистину, Мы назначили тебя наместником на земле. Суди же людей по справедливости и не потакай порочным желаниям, а не то они собьют тебя с пути Аллаха. Воистину, тем, кто сбивается с пути Аллаха, уготованы тяжкие мучения за то, что они предали забвению День расчета.
Ələddin Sultanov:
Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Ona görə də insanlar arasında ədalətlə hökm ver! Nəfsin arzularına uyma, yoxsa səni Allahın yolundan azdırar. Şübhəsiz ki, Allahın yolundan azanlar üçün hesab gününü unutduqlarına görə şiddətli bir əzab vardır.
Kerbelayi Malik ağa:
Ey Davud! Şübhəsiz ki Biz, səni yer üzünün xəlifəsi etdik. Bunun üçün insanlar arasında haqq ilə hökm et! Nəfsinin istəklərinə tabe olma! Əks halda səni Allahın yolundan sapdırar. Şübhəsiz ki, Allahın yolundan sapanlara hesab gününü unutmaları səbəbiylə şiddətli əzab vardır.
Ələsgər Musayev:
Ay Davud, Biz səni ərzdə xəlifə etdik. Insanlar arasında
haqq ilə hökm et və tabe olma öz havayı istəyinə və onda o səni
Allah yolundan zəlalətə salar! Həqiqətən, o kəslər ki, Allah
yolundan zəlalətə düşürlər – onlar üçün şiddətli əzab var, ona
görə ki, hesab gününü unutdular.
A.Mehdiyev və D.Cəfərli:
(Sonra dedik:) «Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik. Buna görə də insanların arasında haqq əsasında hökm çıxar və nəfsi istəklərə tabe olma ki, o, səni Allahın yolundan azdırar. Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır.»
Kövsər Tağıyev:
Davud dedi ki: “And olsun, sənin qoyununu öz qoyunlarına qatmaq istəyərək sənə zülm etmişdir. Adətən, şəriklərin bir çoxu bir-birilərinə haqsızlıq edərlər. Ancaq iman edib saleh əməllər işləyənlər istisnadır. Onlar da çox azdır”. Davud bizim onu imtahan etdiyimizi anladı. Rəbbindən bağışlanma dilədi, əyilərək səcdəyə qapandı və Allaha yönəldi.
M.Qənioğlu və T.Bilaloğlu:
(Davuda dedik); "Ey Davud! Biz səni yer üzündə bir xəlifə [hökmdar və ya əvvəlki peyğəmbərlərin davamçısı] etdik. Elə isə insanlar arasında haqla hökm ver və həva-həvəsə uyma, yoxsa o, səni Allahın yolundan azdırar. Həqiqətən də Allahın yolundan azanlara haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab vardır."
Sabirə Dünyamalıyeva:
Ey Davud! Həqiqətən Biz/biz səni burada əvvəlki idarəçinin yerinə idarəçi təyin etdik. Elə isə insanlar arasında ədalət vasitəsi ilə haqsızlığa və hərc-mərcliyə mane ol, ədaləti təmin et. Kefə, arzuya qapılma. Elə etsən səni Allahın yolundan azdırar. Həqiqətən Allahın yolundan azanlar haqq-hesab gününə əhəmiyyət vermədiklərindən, onlar üçün çox şiddətli bir bir əzab var.