Əlixan Musayev:
Allah sizə (şəriət hökmlərini) bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Allah sizə (bilmədiklərinizi) bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev
:
Аллах желает дать вам разъяснения, повести вас путями ваших предшественников и принять ваши покаяния, ведь Аллах — Знающий, Мудрый.
Ələddin Sultanov:
Allah (bilmədiklərinizi) sizə açıqlamaq, sizdən əvvəlkilərin getdiyi (yaxşı) yolları sizə göstərmək və sizin tövbələrinizi qəbul etmək istəyir. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Allah sizə bəyan etmək (açıqlamaq) və sizi sizdən əvvəlkilərin qanununa yönəltmək və tövbələrinizi qəbul etmək istəyər. Allah Alimdir (ən yaxşı biləndir), Hakimdir (hökm və hikmət sahibidir).
Ələsgər Musayev:
İstəyir Allah bəyan etsın
sizin üçün və hidayət etsin sizi sünnəsi ilə sizdən qabaqkılar
kimi və qayıtmalarınızı qəbul etsin. Allah Alimdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah (dinin hökm və maarifini) sizə aydınlaşdırmaq, sizi sizdən əvvəlkilərin (dini) adətlərinə hidayət etmək və nəzərini sizə yönəltməklə tövbənizi qəbul etmək istəyir. Allah bilən və hikmət sahibidir.
Kövsər Tağıyev:
Allah (hökmlərini) sizə açıqlamaq, sizdən əvvəlkilərin yollarını sizə göstərmək və tövbənizi qəbul etmək istəyir. Allah haqqı ilə biləndir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah sizə (dininizin hökmlərini) aydın etmək, sizdən əvvəlkilərin yollarını sizə göstərmək və tövbələrinizi qəbul etmək istəyir. Allah hər şeyi biləndir və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Allah, sizin üçün aşkar etmək, sizə sizdən əvvəlkilərin adətlərini göstərmək və səhvlərdən dönməyinizi [tövbənizi] qəbul etmək istəyir. Və Allah, çox yaxşı biləndir, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.