Fussilət Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafirlər: “Bu Qurana qulaq asmayın, (oxunarkən) hay-küy salın. Bəlkə, qalib gələsiniz”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Kafir olanlar (öz dostlarına): “Bu Quranı dinləməyin, o oxunduqda (eşidilməsin deyə) səs-küy (şuluqluq) salın ki, bəlkə, (bununla Muhəmmədə) qalib gələsiniz!” dedilər.
Elmir Quliyev :
Неверующие сказали: "Не слушайте этот Коран, а начинайте говорить вздор (опровергайте его любым способом или шумите во время его чтения). Быть может, вы одержите верх".
Ələddin Sultanov:
Kafirlər: “Bu Quranı dinləməyin! O oxunarkən səs-küy salın ki, bəlkə səsinizlə onu üstələyəsiniz”, - dedilər.
Kerbelayi Malik ağa:
Kafirlər: ‘Bu Quranı dinləməyin, oxunduğu zaman səs-küy salın. Bəlkə beləcə siz qalib olarsınız.’ dedilər.
Ələsgər Musayev:
Dedilər o kəslər ki, kafir idilər: «Eşitməyin bu Qur’anı onda lağlağı edin, ola ki, qalib gələsiniz!»
A.Mehdiyev və D.Cəfərli:
Küfr edənlər dedilər: «Bu Qur’ana qulaq asmayın (oxunan zaman) ona bihudə puç sözlər atın ki, bəlkə qalib gəldiniz.»
Kövsər Tağıyev:
İnkar edənlər dedilər ki: “Bu Qur`anı dinləməyin. Üstün gəlmək üçün o oxunarkən səs-küy salın”.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər dedilər. “Siz bu Qurana qulaq asmayın, (oxunarkən) səs-küy salın, bəlkə bu yolla qalib gələsiniz!”
Sabirə Dünyamalıyeva:
kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər]: "Qalib gəlmək üçün bu Quranı dinləməyin, onun içində mənasız şeylər edin/anlaşılmasına hər yolla mane olun" dedilər.