Əlixan Musayev:
De: “Allah sizə həyat verir, sonra öldürür, sonra da sizi (gələcəyinə) heç bir şəkk-şübhə olmayan Qiyamət günü (dirildib) bir yerə toplayacaqdır”. Lakin insanların çoxu (bunu) bilmir.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) De: “Allah sizi dirildir, sonra öldürür. Sonra da sizi qiyamət günü (dirildib) bir yerə yığacaqdır. Ona (qiyamətə) heç bir şəkk-şübhə yoxdur, lakin insanların çoxu (qiyamətin haqq, təkrar dirilmənin ilkin yaradılışından çox asan olduğunu) bilməz!”
Elmir Quliyev
:
Скажи: "Аллах дарует вам жизнь, затем умерщвляет вас, а затем Он соберет вас ко Дню воскресения, в котором нет сомнения". Однако большинство людей не знает этого.
Ələddin Sultanov:
De: “Allah sizi dirildir, sonra öldürür, sonra da haqqında heç bir şübhə olmayan qiyamət günü sizi bir yerə toplayacaqdır. Lakin insanların çoxu bunu dərk etmir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Allah sizi yaşadar, sonra öldürər. Sonra sizi haqqında şübhə olmayan qiyamət günü (bir yerə) toplayar.’ Lakin insanların çoxu bilməzlər.
Ələsgər Musayev:
De:
«Allah dirildir sizi, sonra öldürür sizi, sonra cəm edəcək sizi
tərəfinə qiyamət gününün ki, onda şübhə yoxdur və lakin
əksəriyyəti insanların bilmirlər!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Allah sizə (əvvəlcə bu dünyada) həyat bəxş edir, sonra öldürür, daha sonra sizi barəsində şəkk-şübhə olmayan Qiyamət gününə toplayacaqdır. Lakin insanların çoxu bilmir.»
Kövsər Tağıyev:
De ki: “Allah sizi yaşadır. Sonra sizi öldürəcək, sonra isə barəsində heç bir şübhə olmayan qiyamət günü sizi bir yerə toplayacaq, lakin insanların çoxu bilməzlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Allah sizə həyat verir, sonra öldürür, sonra isə sizi (gəlməsinə) heç bir şübhə olmayan qiyamət günü bir yerə toplayacaqdır. Lakin insanların çoxu bilmir!”
Sabirə Dünyamalıyeva:
De ki: "Allah, sizi dirildər. Sonra O sizi öldürər, sonra da barəsində şübhəyə yer olmayan qiyamət günündə bir yerə yığacaq. Lakin insanların çoxu bilməz.