Əlixan Musayev:
Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edənlərə: “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dedilər. Allah onların sirlərini bilir.
Bünyadov-Məmmədəliyev:
Bu onların Allahın nazil etdiyini (cihad əmrini) bəyənməyənlərə (münafiqlərə): “Biz bəzi işlərdə (Allahın və Muhəmməd əleyhissəlamın əmrlərini yerinə yetirməməkdə) sizə itaət edəcəyik!” – demələrinə görədir. Allah onların (bütün) sirlərini (gizli danışıqlarını) bilir!
Elmir Quliyev
:
Это потому, что они сказали тем, которые возненавидели ниспосланное Аллахом: "Мы будем повиноваться вам в некоторых делах". Аллах знает то, что они скрывают.
Ələddin Sultanov:
Çünki onlar Allahın endirdiyini bəyənməyənlərə: “Bəzi məsələlərdə sizə itaət edəcəyik!” - dedilər. Halbuki Allah onların gizlətdiklərini bilir. (Bu ayədə münafiqlərin Həzrət Peyğəmbərə düşmənçilik edəcəklərinə və müsəlmanların onunla birlikdə döyüşmələrinə mane olacaqlarına dair yəhudi və müşriklərə söz verdiklərinə işarə olunur.)
Kerbelayi Malik ağa:
Bu (düşmənlərin) Allahın nazil etdiyini bəyənməyənlərə: ‘Sizə bəzi işlərdə itaət edəcəyik.’ demələri səbəbiylədir. Allah onların sirlərini bilir.
Ələsgər Musayev:
Bu, ondan ötrüdür ki, onlar dedilər o
kəslərə ki, kərahətləri var idi Allah tərəfindən nazil edilənə:
«Biz sizə bəzi əmrlərdə itaət edəcəyik». Allah bilir onların
sirrini.
A.Mehdiyev və D.Cəfərli:
Bunun səbəbi onların Allahın nazil etdiyini bəyənməyənlərə (Qüreyş kafirləri kimilərinə) «biz bəzi işlərdə (sizin müsəlmanlara qarşı gizli planlarınızda) sizə tabe olacağıq» demələridir. Allah onların gizli işlərini bilir.
Kövsər Tağıyev:
Bu, Allahın endirdiyini bəyənməyən kimsələrə münafiqlərin “Bəzi işlərdə sizə itaət edəcəyik” demələri səbəbi ilədir. Allah onların gizli danışıqlarını bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, ona görədir ki, onlar Allahın nazil etdiyini bəyənməyib inkar edənlərə: "Bəzi işlərdə sizə itaət edəcəyik." -demişdilər. Allah isə onların sirlərini bilir.
Sabirə Dünyamalıyeva:
Bunun səbəbi, onların, Allahın nazil etdiyini bəyənməyən kəslərə: "Bəzi işlərdə biz, sizə itaət edəcəyik" demələridir. Halbuki Allah, onların gizlətdiklərini bilir.