Nəcm Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi Özünün razı qaldığı kimsələrdən başqa (heç kəsə) heç bir fayda verməz.
Bünyadov-Məmmədəliyev:
Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi razı olduğu kimsəyə (mələyə, yaxud möminə) izin verdikdən sonra (onun şəfaəti fayda verər).
Elmir Quliyev :
Сколько же на небесах ангелов, заступничество которых не принесет никакой пользы, пока Аллах не позволит заступиться за тех, за кого Он пожелает и кем Он доволен!
Ələddin Sultanov:
Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allahın istədiyi razı qaldığı kimsə üçün izin verməsi bundan istisnadır.
Kerbelayi Malik ağa:
Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaətləri heç bir fayda verməz. Ancaq Allah istədiyi razı olduğu kimsəyə (dövrün imamına) izn verdikdən sonra.
Ələsgər Musayev:
qədər mələklərdən səmalarda var ki, qəni etməz onların şəfaəti bir şeylə, ancaq ondan sonra ki, izn verə Allah kimin üçün istəyə razı ola.
A.Mehdiyev və D.Cəfərli:
Göylərdə neçə-neçə mələklər (var) ki, onların (bu dünyanın yaradılış işləri o dünyanın günahkarları barəsindəki) şəfaət vasitəçilikləri heç bir fayda verməz. (Bu) yalnız Allah (şəfaət etməsini ya şəfaət olunmasını) istədiyi razılıq verdiyi kəsə izn verdikdən sonra (mümkündür).
Kövsər Tağıyev:
Göylərdə neçə-neçə mələklər var ki, onların şəfaətləri yalnız Allahın izni ilə istədiyi razı qaldığı kimsələrə fayda verər.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərdə neçə-neçə mələk vardır ki, onların havadarlığı, Allah istədiyi razı qaldığı kəslər üçün (havadarlığa) izn verməzsə, onlara heç bir fayda verməz.
Sabirə Dünyamalıyeva:
göylərdə neçə-neçə mələklər var ki, yardımları, himayələri heç bir fayda verməz, ancaq Allahın istədiyi razı qaldığı kimsəyə icazə verməsindən sonrakı hal istisna olmaqla.