Əlixan Musayev:
Biz Nuhu və İbrahimi göndərdik, peyğəmbərliyi və Kitabı onların nəslinə nəsib etdik. Onların bir qismi doğru yoldadır, çoxu isə fasiqlərdir.
Bünyadov-Məmmədəliyev:
And olsun ki, Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik, peyğəmbərliyi və kitabı (Tövratı, Zəburu, İncili və Quranı) onların nəslinə verdik. Onlardan doğru yolda olan da vardır, çoxu isə (Allahın itaətindən çıxmış) fasiqlərdir!
Elmir Quliyev
:
Мы уже отправили Нуха (Ноя) и Ибрахима (Авраама) и установили пророчество и Писание в их потомстве. Среди них есть такие, которые следуют прямым путем, но многие из них являются нечестивцами.
Ələddin Sultanov:
Biz Nuhu və İbrahimi də elçi olaraq göndərdik. Onların nəslinə peyğəmbərlik və kitab verdik. Onlardan doğru yolda olanlar da vardır, lakin əksəriyyəti fasiqlərdir.
Kerbelayi Malik ağa:
And olsun ki, Hz. Nuhu və Hz. İbrahimi göndərdik. Onların nəsillərinə nəbilik və kitab verdik. Beləcə onlardan bir qismi hidayətə ərənlərdir və onların çoxu fasiqlərdir.
Ələsgər Musayev:
Əlbəttə,
göndərdik Nuhu və Ibrahimi və etdik Biz zürriyyətində onların
hər ikisinin nübuvəti və kitabı. Onlardan var ki, hidayət
olunublar və əksəriyyəti onların fasiqlərdir.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz Nuhu və İbrahimi göndərdik və peyğəmbərlik (məqamını) və (səmavi) kitabı o ikisinin nəsilində qoyduq. Beləliklə onların bəziləri doğru yola gəldilər, çoxu isə itaətsiz idilər.
Kövsər Tağıyev:
And olsun, biz Nuhu və İbrahimi peyğəmbər olaraq göndərdik. Peyğəmbərliyi və kitabı onların nəsillərinə də verdik. Onlardan bəzisi hidayət tapmışdır, ancaq bir çoxu da fasiq kimsələrdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik. Onların nəslinə peyğəmbərlik və Kitab verdik. Onların bir qismi düz yol tutmuş, bir çoxu isə yolu azmış idi.
Sabirə Dünyamalıyeva:
Və and olsun, Nuhu və İbrahimi elçi [olaraq] göndərdik, peyğəmbərliyi və kitabı bu ikisinin nəsillərində davam etdirdik. Sonra, onlardan bəziləri doğru yolu tapan, onlardan bir çoxu da haqq yoldan çıxmış kəslərdir.