İnsan Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Gecənin bir hissəsində Ona səcdə et gecədə uzun müddət Onun şəninə təriflər de!
Bünyadov-Məmmədəliyev:
Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) gecə uzunu da Onu təqdis edib şəninə təriflər de! (Təhəccüd namazını qılıb gecəni ibadət içində keçir!)
Elmir Quliyev :
а также ночью. Падай ниц пред Ним и славь Его долгой ночью.
Ələddin Sultanov:
Gecənin bir vaxtında Ona səcdə et gecə uzun bir müddət Onu təsbeh et!
Kerbelayi Malik ağa:
Gecənin bir qismində Ona səcdə et. Gecə uzun müddət Onu təsbeh et.
Ələsgər Musayev:
gecədən. səcdə et Onun üçün saya sal Onu uzun gecələr!
A.Mehdiyev və D.Cəfərli:
gecənin bir qismində Ona səcdə et (məğrib işa namazlarını qıl) gecə uzunu da Onu zikr et (gecə namazını qıl).
Kövsər Tağıyev:
Gecənin bir qismində Ona səcdə et, gecə vaxtı Onu uzun-uzun təsbih et!
M.Qənioğlu və T.Bilaloğlu:
gecənin bir hissəsində Ona səcdə qıl gecə boyu Onun şəninə təriflər de!
Sabirə Dünyamalıyeva:
Gecənin bir hissəsində Ona boyun əyib tabeçilik göstər. Onu uzun gecədə hər cür nöqsanlıqlardan pak tut.