Əlixan Musayev:
Yadınıza salın ki, bir zaman siz az idiniz, yer üzündə zəif sayılırdınız; (kafir) adamların sizi ələ keçirəcəyindən qorxurdunuz. (Allah) sizə sığınacaq verdi, Öz köməyi ilə sizi qüvvətləndirdi və sizə pak ruzilərdən verdi ki, bəlkə şükür edəsiniz.
Bünyadov-Məmmədəliyev:
(Ey mühacirlər!) Xatırlayın ki, bir zaman siz yer üzündə (Məkkədə) az idiniz; zəif (aciz) sayılırdınız, (buna görə də) adamların (kafirlərin) sizi ələ keçirməsindən qorxurdunuz. (Belə bir vaxtda Allah) sizə (Mədinədə) sığınacaq verdi, (Bədrdə) sizə köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimətlərdən) ruzi verdi ki, bəlkə, şükür edəsiniz!
Elmir Quliyev
:
Помните, что вы были малочисленны и считались слабыми на земле. Вы опасались, что люди схватят вас, но Он дал вам убежище, подкрепил вас Своей помощью и наделил вас благами, чтобы вы были благодарны.
Ələddin Sultanov:
Xatırlayın ki, bir zaman siz yer üzündə az və zəif idiniz. İnsanların sizi ələ keçirməsindən qorxurdunuz. Şükür edəsiniz deyə Allah sizə sığınacaq yer verdi, sizi köməyi ilə dəstəklədi və sizə təmiz ruzilər verdi.
Kerbelayi Malik ağa:
Siz yer üzündə az olduğunuzu, aciz, gücsüz olduğunuzu xatırlayın. İnsanların sizi yaxalamasından qorxurdunuz. O zaman sizə yer verdi və sizi yardımı ilə dəstəklədi və sizə teyyib (halal, təmiz) ruzi verdi. Ümid edilir ki, beləcə siz şükür edərsiniz.
Ələsgər Musayev:
Yad edin, onda az idiniz ərzdə, zəif idiniz və xoflanırdınız ki, insanlar sizi qamarlayarlar. O sizə sığınacaq verdi və Öz yardımı ilə sizi müdafiə etdi və pak şeylərdən sizə ruzi verdi, ola ki, şükr edəsiz!
A.Mehdiyev və D.Cəfərli:
Və (yada salın) o zaman(ı) ki, siz yer üzündə az idiniz və zəif sayılırdınız. Həmişə insanların (Qüreyşin və digər kafirlərin) sizi (bu torpaqda) aradan götürmələrindən qorxurdunuz. Allah, bəlkə şükr edəsiniz deyə sizə yer verdi, sizi Öz köməyi ilə gücləndirdi və (dünya nemətlərinin) paklar(ın)dan sizə ruzi verdi.
Kövsər Tağıyev:
Xatırlayın ki, bir vaxt siz yer üzündə zəif və gücsüz idiniz. İnsanların sizi ələ keçirməyindən qorxurdunuz. Allah sizi himayə etdi, yardımıyla dəstəklədi və sizə təmiz şeylərdən ruzi verdi ki, şükür edəsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Yadınıza salın ki, siz yer üzündə az, zəif və əlsiz-ayaqsız olduğunuz zaman adamların [kafirlərin] sizi ələ keçirəcəyindən qorxurdunuz. O, sizə sığınacaq verdi, Öz köməyi ilə yardım etdi, sizə yaxşı şeylərdən ruzi verdi ki, bəlkə şükr edəsiniz!
Sabirə Dünyamalıyeva:
Və yada salın; bir zaman siz sayca az idiniz, yer üzündə zəif qalmışdınız, insanların sizi ələ keçirməsindən qorxurdunuz, Allah, [bəlkə] sizə verilən nemətlərin əvəzini ödəyərsiniz deyə [sizə] sığınacaq vermişdi, Öz köməyi ilə sizi gücləndirmişdi və sizə təmiz-xoş ruzilərdən vermişdi.