Əlixan Musayev:
Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi. (Rəbbi ona): “Məgər sən inanmırsan?”– dedi. (İbrahim) dedi: “Əlbəttə (inanıram!) Amma (istəyirəm ki,) qəlbim rahat olsun”. (Allah) buyurdu: “Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!” – dedikdə (Allah) : “Məgər (ölüləri diriltməyimə) inanmırsan?” –buyurmuşdu. (İbrahim: ) “Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)”, - deyə cavab vermişdi. (Bu zaman Allah ona) buyurmuşdu: “Dörd cür (cins) quş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!”
Elmir Quliyev
:
Вот сказал Ибрахим (Авраам): "Господи! Покажи мне, как Ты оживляешь покойников". Он сказал: "Разве ты не веруешь?" Он сказал: "Конечно! Но я хочу, чтобы мое сердце успокоилось". Он сказал: "Возьми четырех птиц, зарежь их, прижав к себе, и положи по кусочку на каждом холме. А потом позови их, и они стремительно явятся к тебе. И знай, что Аллах — Могущественный, Мудрый".
Ələddin Sultanov:
Bir vaxt İbrahim demişdi: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!” (Allah ona): “İnanmırsanmı?” – dedi. (İbrahim) dedi: “Bəli (inanıram), lakin ürəyimin rahat olması üçün (soruşdum)”. (Allah) dedi: “Dörd cür quş götür və onları özünə öyrəşdir. Sonra (onları tikə-tikə doğrayaraq) hər dağın üzərinə onlardan bir parça qoy. Sonra da onları çağır. Onlar tez sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət və hikmət sahibidir!”
Kerbelayi Malik ağa:
Hz. İbrahim: ‘Rəbbim, ölüləri necə dirildəcəyini mənə göstər.’ demişdi. Allah ‘İnanmırsanmı?’ buyurdu. Hz. İbrahim də: ‘Bəli inanıram. Lakin qəlbimin rahat olması üçün.’ dedi. ‘Elə isə quşlardan dördünü tut, sonra onları özünə alışdır (parçalayıb) hər dağın üzərinə onlardan bir parça qoy, sonra da onları çağır, yanına tez gələcəklər. Allahın Əziz (və) Hakim olduğunu bil!’
Ələsgər Musayev:
Və onda Ibrahim dedi: «Rəbbim, göstər mənə necə həyat
verirsən ölülərə!» Dedi: «Ə, ya inanmırsan?» Dedi: «Bəli,
lakin qəlbimin əmin olması üçün». Dedi: «Götür quşlardan
dördünü və topla onları özünə tərəf, sonra hər dağın üzərinə
onlardan bir hissə yerləşdir. Sonra çağır onları, gəlsinlər sənin
yanına səylə və bil ki, Allah Əzizdir, Həkimdir!»
A.Mehdiyev və D.Cəfərli:
(Yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər». Dedi: «Məgər (Mənim qüdrətimə və ya axirət gününə) imanın yoxdur?» Dedi: «Əksinə (imanım var)! Lakin qəlbimin (gözlə görərək) rahatlıq tapması üçün (istədim)». Dedi: «Belə isə, dörd (növ) quş götür, (cismlərində olan əlamətləri dəqiq görə bilməyin üçün) onları özünə yaxınlaşdır və (onları) tikə-tikə doğra(yıb bir-birinə qat). Sonra (bu ətrafdakı) hər dağın başına onlardan bir parça qoy. Daha sonra onları çağır, sürətlə sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüdrət və hikmət sahibidir».
Kövsər Tağıyev:
Bir vaxt İbrahim: “Rəbbim! Mənə ölüləri necə diriltdiyini göstər”, – demişdi. Allah ona “Məgər inanmırsan?” – dedikdə, “Xeyr, (inandım) ancaq qəlbimin mütməin olması üçün”, – demişdi. “Elə isə dörd quş tut. Onları özünə alışdır. Sonra onları parçalayıb hər bir parçasını bir dağın üstünə qoy. Sonra da onları çağır. Uçaraq sənə gələcəklər. Bil ki, şübhəsiz, Allah mütləq güc sahibidir, hökm və hikmət sahibidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman İbrahim dedi: "Ey Rəbbimi ölüləri necə diriltdiyini mənə də göstər." O,: "Məgər sən inanmırsan?" -dedi. İbrahim isə: "Bəli (inanıram), ancaq ürəyim rahat olsun deyə (sordum)." Allah buyurdu: "Dörd quş götür və onları parçala. Sonra hər dağ başına bir parçasını qoy. Sonra isə onları çağır; onlar tez sənin yanına gələcəklər. Bil ki, Allah həqiqətən qüvvət və hikmət sahibidir !"
Sabirə Dünyamalıyeva:
Bir zamanlar İbrahim də, "Ey Rəbbim! Ölüləri necə diriltdiyini mənə göstər!" demişdi. Allah, "İnanmırsanmı?" dedi. İbrahim, "İnanıram, lakin ürəyimdəki bütün sual işarələrini aradan qaldıraraq xatircəm olmaq üçün" dedi. Allah, "Dərhal quşlardan dördünü tut və onları özünə öyrət. Sonra hər dağın üstünə onlardan bir parça qoy. Sonra da quşları çağır, qaça-qaça/sürətlə sənə gələcəklər. Və bil ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir" dedi.