Əlixan Musayev:
Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir.
Bünyadov-Məmmədəliyev:
Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!
Elmir Quliyev
:
Доброе слово и прощение лучше милостыни, за которой следует обидный попрек. Аллах — Богатый, Выдержанный.
Ələddin Sultanov:
Xoş bir söz və bağışlamaq, arxasınca əziyyət (minnət) edilən sədəqədən daha xeyirlidir. Allah heç bir şeyə möhtac deyildir, həlimdir (cəzaları təxirə salandır).
Kerbelayi Malik ağa:
Gözəl bir söz və məğfirət (bağışlayıb yaxşı davranmaq) ardınca əziyyət verən (başa qaxılan) bir sədəqədən daha xeyirlidir. Allah Ğanidir, Həlimdir.
Ələsgər Musayev:
Mərifətli
söz və məxfirət xeyirlidir o sədaqətdən ki, onun ardınca
əziyyət edilir. Allah Qənidir, Həlimdir!
A.Mehdiyev və D.Cəfərli:
Xoş bir söz və (dilənçilərin israr və kobudluqlarını) bağışlamaq, arxasınca əziyyət olan sədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir.
Kövsər Tağıyev:
Gözəl bir söz və bağışlama, başa qaxılan sədəqədən daha xeyirlidir. Allah hər baxımdan hədsiz zəngindir, həlimdir (Dərhal cəzalandırmaz, möhlət verər).
M.Qənioğlu və T.Bilaloğlu:
Xoş söz və bağışlama, ardınca inciklik gələn sədəqədən [xeyirxahlıqdan] daha xeyirlidir. Allah ehtiyacsızdır, həlimdir.
Sabirə Dünyamalıyeva:
Adətlərə uyğun olan/hər kəs tərəfindən qəbul edilən şəkildə bir söz və bağışlamaq, arxasınca əziyyət, minnət olan bir sədəqədən daha xeyirlidir. Allah zəngindir/heç bir şeyə möhtac deyil, həlimdir.