Əlixan Musayev:
Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından (Allah yolunda) xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifəlayiqdir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tərifə) layiqdir!
Elmir Quliyev
:
О те, которые уверовали! Делайте пожертвования из приобретенных вами благ и того, что Мы взрастили для вас на земле, и не стремитесь раздать в качестве пожертвования дурное, чего бы вы сами не взяли, пока не зажмурили глаза. И знайте, что Аллах — Богатый, Достохвальный.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiklərimiz yaxşısından (Allah yolunda) infaq edin! Və (sizə verildiyi təqdirdə) ancaq gözü yumulu alacağınız pis şeylərdən (Allah yolunda) infaq etmək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, şükrə layiqdir.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Qazandıqlarınızın və yerdən sizin üçün çıxartdıqlarımızın təmiz olanlarından infaq edin (ehtiyacı olanlara verin) və əsla onun pis olanından və özünüz üçün gözü bağlı (könül rahatlığıyla) ala bilməyəcəyiniz (ucuz və keyfiyyətsiz) şeyləri infaq etməyə meyl etməyin (cəhd etməyin). Allahın Ğani və Həmid olduğunu bilin!
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Infaq edin pak
və yaxşı olanlardan nə ki, kəsb edibsiniz və nədən ki, xaric
etmişik sizin üçün ərzdən. Çalışmayın xəbis şeylərdən infaq
etməyə, özünüz onları götürməzdiniz, ancaq ki, ona göz
yumaraq. Bilin ki, Allah Qənidir, Həmiddir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin (tarla və mədən məhsullarının) pak və halallarından (Allah yolunda) xərcləyin və pak olmayan (pis və haram) malı xərcləmək fikrinə düşməyin. Halbuki (əgər) onu (sizin haqqınız müqabilində versəydilər) ancaq göz yumaraq (və meylsiz halda) qəbul edərdiniz. Bilin ki, Allah ehtiyacsız və (sifət və işləri) təriflənmişdir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Qazandıqlarınızın yaxşılarından və sizin üçün yerdən çıxardıqlarımızdan Allah yolunda xərcləyin. Özünüzün göz yummadan alıcısı olmayacağınız heç bir qiyməti olmayan şeyləri vermək fikrinə düşməyin və bilin ki, Allah hər baxımdan zəngindir, tərifə layiqdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər ! Əldə etdiyiniz və sizin üçün torpaqdan yetişdirdiyimiz (nemətlərin) yaxşısından sərf edin. Sərf etmək üçün onların pislərini nəzərdə tutmayın. Axı özünüz onları ancaq gözünüzü yummağla alarsınız. Bilin ki, Allah həqiqətən ehtiyacsızdır, tərifə layiqdir.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Qazandıklarınızdan, sizin üçün yerdən çıxardıqlarımızın təmizindən Allah yolunda xərcləyin. Göz yummadan almayacağınız pak olmayan şeyləri vermək fikrində olmayın. Və həqiqətən Allahın çox zəngin olduğunu/heç bir şeyə möhtac olmadığını, təriflənən/tərifə layiq olduğunu bilin.