İbrahim Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah iman gətirənləri dünya həyatında da, axirətdə möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər.
Bünyadov-Məmmədəliyev:
Allah iman gətirənləri dünyada da, axirətdə möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) sapdırar. Allah istədiyini edər!
Elmir Quliyev :
Аллах поддерживает верующих твердым словом в мирской жизни и Последней жизни. А беззаконников Аллах вводит в заблуждение Аллах вершит то, что пожелает.
Ələddin Sultanov:
Allah iman gətirənləri möhkəm bir sözlə (kəlmeyi-tövhidlə) dünya həyatında da, axirətdə möhkəmləndirər. Allah zalımları isə (haqq yoldan) azdırar. Allah istədiyini edər.
Kerbelayi Malik ağa:
Allah amənu olanları sabit sözlə dünya axirət həyatında sabit saxlayar. Zalımları dəlalətdə buraxar. Allah dilədiyi şeyi edər.
Ələsgər Musayev:
Allah o kəsləri ki, inanırlar, dünya həyatında axirətdə sabit sözlə imanlarını sabit edib qüvvətləndirər Allah zalimləri zəlalətdə tərk edər fəaliyyət edər Allah istəsə!
A.Mehdiyev və D.Cəfərli:
Allah iman gətirmiş kəsləri möhkəm söz (tovhid kəlməsi) ilə dünya həyatında axirətdə sabitqədəm edir. həmçinin, Allah zalımları zəlalətdə boşlayır. Allah istədiyini edir.
Kövsər Tağıyev:
Allah iman edənləri həm dünya həyatında, həm axirətdə sabit bir sözlə gücləndirər, zalımları isə zəlalətə düçar edər. Allah istədiyini edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah iman gətirənləri bu dünya həyatında da, axirətdə (ürəklərdə) sabitləşən sözlərlə möhkəmləndirir. Haqsızları isə Allah yoldan azdırır. Allah istədiyini edir.
Sabirə Dünyamalıyeva:
Allah, iman edənləri, bəsit dünya həyatında axirətdə sabit bir sözdə/imanda sabitqədəm edər. Allah, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənləri da azdırar. Allah, dilədiyi şeyi edər.