Əlixan Musayev:
O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır!
Elmir Quliyev
:
которые нарушают завет с Аллахом после того, как они заключили его, разрывают то, что Аллах велел поддерживать, и распространяют нечестие на земле. Именно они окажутся в убытке.
Ələddin Sultanov:
Allahla əhd bağladıqdan sonra o əhdi pozan, Allahın birləşdirilməsini əmr etdiklərini (qohumluq əlaqələrini) kəsən və yer üzündə fitnə-fəsad törədənlər əsil ziyana uğrayanlardır.
Kerbelayi Malik ağa:
Onlar misaqlarından sonra Allahın Əhdini pozarlar. Allahın Ona (Allaha) təslim edilməsini əmr etdiyi şeyi kəsərlər və yer üzündə fəsad çıxararlar. Onlar hüsranda olanlardır.
Ələsgər Musayev:
o kəslər ki,
pozurlar əhdini Allahın, sonradan onun andını və qət edirlər nə
ki, əmr etdi Allah onunla ki, vəslinə və fəsad edirlər ərzdə –
həmin onlar xəsarətdədirlər!
A.Mehdiyev və D.Cəfərli:
Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır.
Kövsər Tağıyev:
Onlar Allaha verdikləri sözü əhdləşdirdikdən sonra pozan, Allahın qorunmasını əmr etdiyi əlaqələri (iman, qohumluq, bəşəri və əxlaqi bütün əlaqələri) kəsən və yer üzündə fitnə-fəsad törədən kəslərdir. Bax ziyana uğrayanlar məhz onlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəsləri ki, əhd-peyman etdikdən sonra Allahın əhdini pozar, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayar və yer üzündə fitnə-fəsad törədərlər – onlar ziyana düşənlərdir.
Sabirə Dünyamalıyeva:
Allahın birləşdirməyi buyurduğu şeyi; iman-əməl birliyini pozan və yer üzündə fitnə-fəsad törədən, haqq yoldan çıxmış insanları zəlalətə salar. Bax onlar məhz zərərə uğrayanlardır.