Əlixan Musayev:
İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun dəvələr üstündə gəlsinlər.
Bünyadov-Məmmədəliyev:
İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər cür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər.
Elmir Quliyev
:
Возвести людям о хадже, и они будут прибывать к тебе пешком и на всех поджарых верблюдах с самых отдаленных дорог.
Ələddin Sultanov:
İnsanlar arasında həcci elan et ki, istər piyada, istərsə də hər cür uzaq yoldan dəvə üstündə sənə gəlsinlər.
Kerbelayi Malik ağa:
İnsanların arasında həcci elan et ki, piyada olaraq və dəvələr üzərində uzaq dağ yollarının hamısından sənə tərəf gəlsinlər.
Ələsgər Musayev:
Çağırış et
insanlar arasında həcc barəsində. Onlar sənə tərəf piyada və
suvari olan halda, uzaq-uzaq dərələrdən-təpələrdən gəlsinlər,
A.Mehdiyev və D.Cəfərli:
«Və insanları ümumi şəkildə (Allah evinin) həcc(in)ə çağır ki, (onlar sənin dəvətin nəticəsində Qiyamət gününə kimi) piyada və hər uzaq yoldan gələn arıq dəvələr üstündə sənə tərəf üz tutsunlar.»
Kövsər Tağıyev:
İnsanlar arasında həcci xəbər sal ki, istər piyada, istərsə də uzaq yollardan gələn yorğun dəvələr üzərində sənə gəlsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlara həcc barəsində car çək ki, onlar sənin yanına piyada və haldan düşmüş (dəvələr) üzərində yerlərdən gələrək
Sabirə Dünyamalıyeva:
və Allahın ruzi olaraq verdiyi heyvanların üstündə, müəyyən günlərdə Allahın adını yad etsinlər deyə, insanlar arasında ilahiyyat təhsili veriləcəyini elan et. Piyada yaxud yorğun düşmüş minik [heyvanlarının] belində dərin vadiləri keçərək sənin yanına gəlsinlər!