Əlixan Musayev:
Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən girməyin. Bu, sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb ibrət alasınız.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, (ədəb-ərkan baxımından) sizin üçün daha yaxşıdır. Bəlkə, (Allahın bu əmrinin hikmətini) düşünüb anlayasınız (və həmişə yadda saxlayıb ona əməl edəsiniz).
Elmir Quliyev
:
О те, которые уверовали! Не входите в чужие дома, пока не спросите позволения и не поприветствуете миром их обитателей. Это лучше для вас. Быть может, вы помяните назидание.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Öz evinizdən başqa evlərə icazə almadan və salam vermədən girməyin! Bu sizin üçün daha xeyirlidir. Ola bilsin ki, düşünüb anlayarsınız.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Evlərinizdən başqa evlərə izn istəyib ev əhlinə salam vermədikcə içəri girməyin. Bu, sizin üçün xeyirdir. Ümid edilir ki, beləcə ibrət alarsınız.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Öz evlərinizdən qeyri evlərə daxil olmayın, ta icazə almadan və onun əhlinə salam verin. Bu, sizin üçün xeyirdir, ola ki, yad edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, öz evinizdən başqa heç bir evə icazə almayınca və həmin evin adamlarına salam verməyincə daxil olmayın. Bu sizin üçün daha yaxşıdır. Bəlkə ibrət götürdünüz.
Kövsər Tağıyev:
Ey iman edənlər! Başqalarının evinə (getdiyiniz zaman) gəldiyinizi hiss etdirib (icazə istəyib) ev sahiblərinə salam vermədən daxil olmayın. Bu, sizin üçün daha xeyirlidir. Düşünüb anlayasınız deyə sizə belə öyüd verilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Öz evlərinizdən başqa evlərə özünüzü bildirməmiş və onların sakinlərini salamlamamış daxil olmayın. Bü sizin üçün daha xeyirlidir. Bəlkə bir düşünüb-daşınasınız!
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Öz evinizdən başqa evlərə, fərq edilmədən və ev sahiblərinə salam vermədən daxil olmayın. Bu, düşünüb öyüd-nəsihət götürmək baxımından, sizin üçün daha yaxşıdır.