Furqan Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!
Bünyadov-Məmmədəliyev:
O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutardım;
Elmir Quliyev :
В тот день беззаконник станет кусать свои руки и скажет: "Лучше бы я последовал путем Посланника!
Ələddin Sultanov:
O gün zalım kimsə (peşmançılıqdan) əllərini dişləyərək belə deyəcəkdir: “Kaş mən Peyğəmbərin yolunu tutaydım.
Kerbelayi Malik ağa:
O gün zalım barmaqlarını dişləyərək deyər: ‘Kaş ki, rəsulla birlikdə bir yol tutsaydım!’
Ələsgər Musayev:
O gün zalim əlini dişləyərək deyər: «Kaş ki, mən rəsul ilə birlikdə yol tutaydım!
A.Mehdiyev və D.Cəfərli:
(yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: «Kaş peyğəmbərlə birlikdə (mən Allaha tərəf gedərək) bir yol tutaydım.»
Kövsər Tağıyev:
O gün zalım kimsə (biçarə halda): “Kaş ki, mən peyğəmbərlə birlikdə eyni yolu tutaydım!”
M.Qənioğlu və T.Bilaloğlu:
O günü haqsız kəs öz əllərini dişləyərək deyəcəkdir: "Kaş mən peyğəmbərlə birgə yol tutaydım!
Sabirə Dünyamalıyeva:
o gün, şirk qoşmaqla səhv; öz zərərinə olan əməli işləyənlər əllərini dişləyərək;