Qəsəs Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Şueyb) dedi: “Səkkiz il mənə işləmək şərti ilə qızlarımdan birini sənə ərə vermək istəyirəm. Əgər sən (bu müddəti) on ilə çatdırsan, bu, sənin tərəfindən (bir lütf) olar. Mən sənə əziyyət vermək istəmirəm. Allah qoysa mənim əməlisalehlərdən olduğumu görəcəksən”.
Bünyadov-Məmmədəliyev:
(Şüeyb) dedi: “Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti) tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür). Mən (on il müddətinə şərt kəsməklə) sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim saleh (əhdə vəfa edən) kəslərdən olduğumu görəcəksən!”
Elmir Quliyev :
Он сказал: "Воистину, я хочу сочетать тебя браком с одной из моих дочерей этих при условии, что ты наймешься ко мне на восемь лет. Если же ты останешься на все десять, то это будет милостью от тебя. Я не собираюсь обременять тебя, и ты увидишь, если пожелает Аллах, что я являюсь одним из праведников".
Ələddin Sultanov:
(Şüeyb Musaya) dedi: “Səkkiz il mənə xidmət etməyin müqabilində bu iki qızımdan birini sənə nikahlamaq istəyirəm. Əgər on ilə tamamlasan, bu, artıq sənin tərəfindən bir lütfdür. Mən səni çətinliyə salmaq istəmirəm. İnşallah, mənim salehlərdən olduğumu görəcəksən”.
Kerbelayi Malik ağa:
(Yaşlı adam): ‘Mən bu iki qızımdan birini səninlə evləndirmək istəyirəm, mənə ücrətlə səkkiz il çalışmağına qarşılıq olaraq. Əgər on ili tamamlasan o da sənin tərəfindən (bir lütfdür). Mən səni məcbur etmək istəmərəm. İnşaallah salehlərdən olduğumu görəcəksən.’
Ələsgər Musayev:
Dedi: «M?n ist?yir?m s?ni bu q?zlar?mdan biri il? nigah edim. Buna gor? s?n m?n? s?kkiz il xidm?t ed?c?ks?n. ?g?r s?n bunu on il? tamamlasan, bu, s?nin ozund?n as?l?d?r v? m?n s?nin ucun c?tinlik ist?mir?m. Insallah, m?ni salehl?rd?n taparsan!»
A.Mehdiyev və D.Cəfərli:
(Şüeyb) dedi: «Mən bu iki qızımdan birini sənə ərə vermək istəyirəm. Bunun müqabilində isə (mehriyyə belədir ki,) sən səkkiz il (ev işlərinin idarə olunması, ya heyvanların otarılması üçün) mənə xidmət edəsən. Əgər on ili tamamlasan ixtiyar səninlədir mən səni çətinliyə salmaq istəmirəm. İnşallah, məni(m) salehlərdən (olduğumu) görəcəksən».
Kövsər Tağıyev:
Şüeyb: “Səkkiz il mənə xidmət etmək müqabilində bu iki qızımdan birini səninlə evləndirmək istəyirəm. Əgər sən bu müddəti on ilə çatdırsan, o da səndən olar. Mən səni çətinə salmaq da istəmirəm. İnşallah mənim salehlərdən olduğumu görəcəksən”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoca dedi: “Mən səni yanımda səkkiz il işləmək şərti ilə bu iki qızımdan birinə evləndirmək istəyirəm. Əgər on ili tamam etsən, bu, səndən bir (lütf) olar. Mən səni çətinə salmaq istəmirəm. İnşaallah [əgər Allah istəsə], mənim düz adamlardan olduğumu görəcəksən."
Sabirə Dünyamalıyeva:
Qızların atası dedi ki: "Həcc edilən səkkiz il mənim üçün işləməyin müqabilində bu iki kızımdan birini səninlə nigahlamaq istəyirəm. Əgər ona [on ilə] çatdırsan, artıq o da səndən [bir lütfkarlıq] olar; sənə ağırlıq vermək istəmirəm. İnşallah mənim salehlərdən olduğumu görərsən."