Ənkəbut Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz ona İshaqı Yəqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik Kitab verdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır!
Bünyadov-Məmmədəliyev:
Biz ona (İbrahimə) İshaqı Yəqubu bəxş etdik, peyğəmbərliyi kitabı onun nəslinə əta etdik, dünyada onun mükafatını verdik. O, axirətdə mütləq (yüksək dərəcələrə layiq) salehlərdən olacaqdır!
Elmir Quliyev :
Мы даровали ему Исхака (Исаака) и Йакуба (Иакова), а его потомству пророчество и Писание. Мы даровали ему его награду в этом мире, а в Последней жизни он будет в числе праведников.
Ələddin Sultanov:
Biz ona (İbrahimə) İshaqı Yaqubu bəxş etdik. Onun nəslindən gələnlərə peyğəmbərlik Kitab verdik. Dünyada ona mükafatını verdik. Şübhəsiz, o, axirətdə salehlərdəndir.
Kerbelayi Malik ağa:
Biz İshaqı, Yaqubu Ona bəxş etdik. Onun nəslinə peyğəmbərlik kitab verdik. Dünyada Onun ücrətini verdik. O, axirətdə şübhəsiz salehlərdən olacaq.
Ələsgər Musayev:
Bəxş etdik Biz ona Ishaqı Yəqubu etdik onun zürriyyətində nəbiliyi kitabı əta etdik ona əcrini dünyada həqiqətən, o, axirətdə salehlərdəndir.
A.Mehdiyev və D.Cəfərli:
İshaq Yəqubu (ömrünün axırlarında) ona bəxş etdik nübuvvəti (səmavi) kitabı övladlarına əta etdik. Dünyada onun mükafatını verdik əlbəttə (o,) axirətdə salehlərdən olacaqdır.
Kövsər Tağıyev:
Ona (İbrahimə) İshaqı Yaqubu bəxş etdik. Onun soyundan gələnlərə peyğəmbərlik kitab verdik. Ona dünyada mükafatını verdik. Şübhəsiz, o, axirətdə salehlərdəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz ona [İbrahimə] İshaqı Yaqubu bəxş etdik, peyğəmbərliyi Kitabı onun soyundan gələnlərə verdik. Biz bu dünyada onun mükafatını verdik, axirətdə o, əməlisalehlərdən olacaqdır.
Sabirə Dünyamalıyeva:
Biz ona İshaqı Yəqubu bəxş etdik. nəslinə peyğəmbərlik Kitab verdik. Biz Ona dünyada muzdunu verdik. Şübhəsiz ki, o, axirətdə əməlisaleh olanlardandır.