Əlixan Musayev:
Məxluqatı ilk dəfə (yoxdan) yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək Odur. Bu (iş) Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən yüksək sifət (Allahdan başqa heç bir tanrı olmaması, vəhdaniyyət sifəti) yalnız Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Allahın sifətləri nə göydəkilərin, nə də yerdəkilərin sifətlərinə bənzəyər. Allah onların hamısından ucadır).
Elmir Quliyev
:
Он — Тот, Кто создает творения в первый раз, а затем воссоздает их, и сделать это для Него еще легче. Ему принадлежат наивысшие качества на небесах и на земле. Он — Могущественный, Мудрый.
Ələddin Sultanov:
Məxluqatı yoxdan yaradan, sonra onu təkrar dirildən Odur. Bu Onun üçün çox asandır. Göylərdə və yerdəki ən uca sifətlər Ona məxsusdur. O, yenilməz qüvvət və hikmət sahibidir.
Kerbelayi Malik ağa:
O, Odur ki, ilk yaradılışı başladar və sonra onu geriyə çevirər (öncəki halına döndərər). Bu, Onun üçün çox asandır. Göylərdə və yerdə ucalıq sifəti Ona aiddir. O, Əzizdir, Hakimdir (hökm və hikmət sahibi).
Ələsgər Musayev:
O – Odur ki, başlayır xəlqə,
sonra qaytarır onu. Bu, Onun üçün daha asandır. Onun üçündür
ali məsəllər səmalarda və ərzdə və O Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (fani etdikdən sonra) onları qaytaran Odur. (Bu əməl) Onun üçün olduqca asandır. Göylərdə və yerdə olan ən üstün sifətlər Onun üçündür (göylərdə və yerdə olan hər bir varlığın bütün üstün sifətləri – həyat, elm, qüdrət və nur yalnız Ona məxsusdur), yerdə və göylərdə olan (mələklər, məsumlar, övliyalar kimi) ən üstün nümayəndələr Ona məxsusdur. O, yenilməz qüdrət və hikmət sahibidir.
Kövsər Tağıyev:
O, yaratmanı başladan, sonra isə onu təkrarlayandır. Bu, Onun üçün (ilk yaratmadan) daha asandır. Göylərdə və yerdə ən uca və bənzərsiz sifətlər Onundur. O, mütləq güc sahibidir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
(Varlıqları) yoxdan yaradan, sonra onları birdə qaytaran [öldürüb dirildən] Odur. Bu [ölünü diriltmək], Onun üçün daha asandır. Göylərdə və yerdə ən ülvi sifət Onundur. O, qüdrət və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Və O, əmələ gətirmə [prosesini] başladan, sonra onu qaytarıb təzədən [əmələ] gətirəndir. Və bu iş Onun üçün çox asandır. Və göylərdə və yerdə ən uca misal Onundur. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.[#322]