Əlixan Musayev:
(Allah) sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
(Allah) sizə onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə (Xeybərə) varis etdi. Allah hər şeyə qadirdir!
Elmir Quliyev
:
Он дал вам в наследство их землю, их дома, их имущество и землю, на которую вы даже не ступали. Аллах способен на всё.
Ələddin Sultanov:
Allah sizi onların yerlərinə, yurdlarına, mallarına, eləcə də ayaq basmadığınız torpaqlara varis etdi. Allah hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Sizi onların torpaqlarına, yurdlarına, mallarına və ayaq basmadığınız ərazilərinə varis etdi. Allah hər şeyə qadirdir.
Ələsgər Musayev:
Və O varis etdi sizi
onların ərazisinə və diyarlarına və mallarına və o əraziyə ki,
ayaqlarınız ona yetişməmişdi! Oldu Allah külli şey üzərində
Qadir!
A.Mehdiyev və D.Cəfərli:
Allah onların yerlərini, evlərini, mallarını və (Xeybər torpağı kimi) ayağınız dəyməyən torpağı irs olaraq sizə verdi. Allah daim hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Allah sizi onların torpaqlarına, yurdlarına, mallarına və hələ ayaq basmadığınız torpaqlara varis etdi. Allah hər şeyə haqqı ilə qadirdir.
M.Qənioğlu və T.Bilaloğlu:
O, sizi onların torpağına, yurdlarına, mal-dövlətinə və hətta ayağınız dəyməmiş bir yerə də varis etdi. Allah hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
Və Allah, onların ərazilərinə, yurdlarına və mallarına və hələ ayağınız dəyməyən bir yerə sizi varis [o malın yaxud yerin son sahibi] etdi. Və Allah, hər şeyə ən yaxşı gücü çatandır.